2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Tərtər işi”nə görə həbs edilən şair: Rahib Məmmədov kimdir? – Foto

Bu gün Baş Prokurorluğun yaydığı məlumatda “Tərtər işi” ilə bağlı həbs edilənlər arasında Rahib Ramazan oğlu Məmmədovun da adı var.

Şair kimi də tanınan Rahib Məmmədov (Rahib Bəşər) 1987-ci ildə Bakı şəhərində anadan olub. Odlar Yurdu Universitetində beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alan Rahib Bəşər ədliyyə mayoru rütbəsində, hərbi hüquqşünas kimi cəbhə zonasında dislokasiya edilmiş hərbi hissədə xidmət edib. O, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olub.

Bildirilir ki, Rahib Bəşər imzası ilə tanınan şəxs 8 kitabın müəllifidir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı və “Azərbaycan Bayrağı” ordeninin laureatıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, “Tərtər işi” ilə əlaqədar Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə – ağır nəticələsə səbəb olduqda), 293.2 (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma – silah tətbiq etməklə) və 341.2.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma – ağır nəticələrə səbəb olduqda) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. (Qafqazinfo)

24 saat” ““Tərtər işi”nə görə həbs edilən şair: Rahib Məmmədov kimdir? – Foto” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button