2022-11-11 08:23:20
Həftənin əvvəlində park və bağ rəhbərliyinə göndərilən məktubda qadınların belə ictimai yerlərə girişinin qadağan edildiyi bildirilib. Qadağaya qədər kişi və qadınların müxtəlif vaxt intervallarında park və bağlara girməsinə icazə verilirdi. Taliban Administrasiyasının Fəziləti Təşviq və Əxlaqsızlığın Qarşısını Alma Nazirliyinin sözçüsü Məhəmməd Akif Sadik Mühacir, “Son 15 ayda bir həll yolu tapmağa çalışdıq və günləri ayırdıq. Lakin bir çox yerlərdə hərəmdə salamlaşma və ya baş örtüyü qaydasına əməl olunmayıb. Ona görə də belə bir qərar verildi”.
20 ildən sonra ölkədə hakimiyyəti ələ keçirən Taliban qadınların dövlət sektorunda işləməsini qadağan etmək, qızların təhsillərini davam etdirmələrini əngəlləmək, qadınların təkbaşına səyahət etmələrini qadağan etmək kimi təcrübələrlə qadınların hüquqlarına zərbə vurmuşdu.
Tərcümə“24 SAAT”