Loading...
Loading...
Cəmiyyət

Tanınmış jurnalist intihara cəhd edib

Tanınmış jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır.

Bu barədə jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib.

Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti kritik olaraq qalmaqdadır.

Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə 3 medalla təltif edilib.

Jurnalistin intihar cəhdinin səbəbi açıqlanmayıb.

24 saat” “Tanınmış jurnalist intihara cəhd edib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda "100-lük" səpən şəxslər saxlanıldı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button