Bizim tərcümə

Tanzaniyada Marburq virusundan 5 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-22 18:45:39

class=”medianet-inline-adv”>

Ötən iyul ayında Qanada aşkarlanan və sonradan epidemiya kimi qeydə alınan Ebolaya bənzər xəstəlik olan Marburq virusu Tanzaniyaya da yayılıb. Tanzaniya Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Kagera bölgəsində Marburq virusu səbəbiylə 5 nəfərin öldüyünü açıqlayıb. Tanzaniyanın səhiyyə naziri Ummy Mvalimu epidemiyanın nəzarət altında olduğunu və daha da yayılmadığını bildirib. Mvalimu xəstəxanada 3 nəfərin müalicəsinin davam etdiyini, bu şəxslərlə təmasda olan 161 nəfərin də izlənildiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Yüksək hərarət, baş ağrısı, əzələ ağrısı kimi əlamətləri olan Marburq virusu qanaxma və orqan çatışmazlığına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı Tanzaniyanın epidemiya ilə mübarizə səylərini alqışlasa da, Marburq virusunun müalicəsi üçün bu günə qədər təsdiqlənmiş heç bir peyvənd və ya dərman yoxdur.

class=”medianet-inline-adv”>

İLK 1967-ci ildə görülüb

İlk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərində aşkarlanan virus Almaniya və Serbiyada 31 nəfərin ölümünə səbəb olub. O vaxtdan Qvineya, Uqanda, Anqola, Konqo Demokratik Respublikası, Keniya və Cənubi Afrikada müşahidə olunub. 2021-ci ildə Qvineya səhiyyə orqanları Qərbi Afrikada ilk yoluxma hadisəsinin ölkədə görüldüyünü açıqladı. Anqolada 2005-ci ildə 300-dən çox insan öldü.

Keçən həftə Ekvatorial Qvineyada ilk yoluxma halı aşkar edilərkən, Marburq virusu səbəbindən ölkədə 9 nəfər dünyasını dəyişib. Qanada ötən ilin iyun ayında virus nəticəsində 2 nəfərin öldüyü qeydə alınıb. İki ay sonra ölkədə epidemiyanın bitdiyi açıqlandı.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button