Bizim tərcümə

Tehranda havanın çirklənməsi səbəbindən məktəblər 2 gün daha bağlanıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-11 18:52:39

Havanın çirklənməsi Tehranda həyatı dayandırıb. Havanın çirklənməsinə görə dünya paytaxtları arasında 21-ci yerdə olan Tehranda hər il qış aylarında artan çirklənmə həyata mənfi təsir edir.

Tehranın hava dövriyyəsi üçün uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı və nəqliyyat vasitələrinin istifadəsi, nəqliyyat vasitələrində və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbi kimi göstərilir. Tehran Hava Keyfiyyətini Ölçmə Şirkəti tərəfindən edilən açıqlamada, Tehranda havanın çirklənməsinin bu gün 147 mikroqram/kubmetr səviyyəsində ölçüldüyü və bu nisbətin bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli olduğu bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

‘LAZIM OLMADAN KÖYƏ ÇIXMAYIN’

İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Dr. Abbas Şahsun da hava çirkliliyinə görə məktəblərin tətilini uzatmağa qərar verib. Sabah və çərşənbə axşamı uşaq bağçaları və ibtidai məktəblərin də tətil edildiyini deyən Şahsun, “İctimaiyyətdən, xüsusilə yaşlı və xəstələrdən məcburi olmadıqca çölə çıxmamalarını xahiş edirik” dedi.

DÖVLƏT ALTERNATİVLƏR AXTARIR

İranda həyata mənfi təsir göstərən hava çirkliliyi probleminin həlli yolu olaraq velosipeddən istifadə təşviq edilərkən, köhnə nəqliyyat vasitələrinin hərəkətə qadağa qoyulması, trafikdə tək və iki nömrəli nömrə tətbiqi və şəhər xaricində fabriklərin tikilməsi kimi proqramlar dövlət tərəfindən həyata keçirilir. İranın 27 şəhərində aparılan araşdırmada son bir ildə 20 min 800 adamın hava çirkliliyinə görə həyatını itirdiyi və bu ölümlərdən 6 min 400 nəfərinin paytaxt Tehranda olduğu müəyyən edilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 100 mikroqramdan yuxarı qeydə alınan havanın çirklənmə dərəcəsi sağlamlığa zərərlidir və 250-dən yuxarı ölçülər onun həyəcan səviyyəsində olduğunu göstərir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button