Dünya
TEM şossesində torpaq sürüşməsi! Ankara-İstanbul istiqaməti trafikə bağlanıb
Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu TEM şossesində güclü yağış səbəbindən torpaq sürüşməsinin baş verdiyini bildirib. Ankara-İstanbul istiqamətinin nəqliyyata bağlandığını bildirən Uraloğlu, “Ankaradan İstanbula gedən yol istifadəçiləri ikinci bir elana qədər Ankara – Əskişəhər – Biləcik – Sakarya istiqamətindən istifadə etməlidirlər” dedi. dedi.
Türkiyədə dünəndən etibarən güclü leysan təsirini göstərməyə başlayıb. Xüsusilə Qara dəniz və Mərmərə bölgələrində yağan yağışlar həyatı iflic edib, bir çox bölgədə sel və torpaq sürüşmələri baş verib. Meteorologiya Ümumi Müdirliyi 30 şəhər üçün sarı və narıncı kodlu xəbərdarlıq edib.