2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Terrora qarşı sadəcə bəyanatlarla mübarizə aparmaq yetərli deyil”

 

Rövşən Rzayev: “Terrora qarşı qəti və qlobal miqyasda mübarizə aparmaq zəruridir”

Millət vəkili Rövşən Rzayev 24saat.org-a açıqlamasında son vaxtlar həm qonşu Türkiyə. Həm də dünyanın bir sıra dövlətlərində terror aktlarının artması ilə bağlı narahatlığını dilə gətirib. Dünyanın bəzi aparıcı dövlətlərinin terrora qarşı sadəcə bəyanat səviyyəsində mübarizə apardığına diqət çəkən millət vəkili, bu cür yanaşmanın olduqca təhlükəli olduğunu vurğulayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Terrora qarşı sadəcə bəyanat səviyyəsində, bəyanatlarla mübarizə aparılmamalıdır. Böyük dövlətlər terrora qarşı birgə mübarizə aparmalıdırlar. Lakin təəssüflər olsun ki, bəzi dövlətlər bu istiqamətdə ciddi səy ortaya qoymur, müəyyən bəyanatlar verməklə öz işini bitmiş hesab edir.

Terrora qarşı mübarizə birmənalı, qətiyyətli olmalı, maraqlar çərçivəsində aparılmamalıdır. Terrora qarşı mübarizə məqsədi ilə qəti, ciddi addımlar atılmalıdır. Müasir zamanımızda belə bir mübarizə üçün geniş imkanlar var.

Bu gün dünyanın bir çox ölkəsində günahsız insanlar terror aktı, siyasi oyunlar nəticəsində həyatlarını itirir ki, bu da yolverilməzdir”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button