2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Tibb Universitetinin kitabxanasında geyim elanı…

ATU-nun Mətbuat xidmətindən “Turan”a bildirilib ki, elan bəzi tələbələrin müraciəti əsasında yerləşdirilib və universitetin daxili nizam-intizam qaydalarına uyğundur: “Geyim qaydalarına uyğun normativlər var və biz də buna riayət edirik. Dünyanın ən demokratik ölkələrində belə, rəsmi qurumlarda, o cümlədən təhsil müəssisələrində dress-kodlara əməl olunur”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva isə agentliyə bildirib ki, ali təhsil müəssisələrində vahid formanın tərəfdarı deyil: “Orta məktəblərin özünə uyğun şagird forması var. Hər hansı forma olmasa belə, qızlar ağ köynək, qara yubka, oğlanlar isə ağ köynək qara şalvarla məktəbə gəlir. Ali məktəblərin tələbələri isə artıq uşaq deyillər və sərbəst geyinməlidirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, deputatın fikrincə, sərbəstlik o demək deyil ki, kim necə istəsə geyinə bilər: “Hər yerin öz geyim tərzi var. Toya, restorana gedəndə bir geyim tərzi, səyahətə gedəndə digər geyim tərzi var. Bura isə təhsil ocağıdır”.

Təhsil məsələlər üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, “Təhsil haqqında” Qanunda və Tədrisin təşkili qaydalarında təhsil müəssisəsinin geyim məhdudiyyəti tətbiq edə biləcəyi göstərilib: “Nümunəvi nizamnamənin 1.7-ci bəndində hər bir təhsil müəssisəsinin elmi şurasının bu tipli qaydanı qəbul etmək səlahiyyəti var. Amma bu o halda olur ki, həmin təhsil müəssisəsinin keyfiyyəti göz önündə olur. Bu gün Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqi o qədər yüksək deyil ki, bu tipli məsələləri tələb olaraq ortaya qoysunlar”.

Ekspertin sözlərinə görə, əsas təhsilin keyfiyyətidir: “Biz sevinməliyik ki, gənclər kitabxanaya gəlirlər. Amma bizdə kitabxanaya gələn tələbələrə məhdudiyyətlər tətbiq edilir. Şort bu gün müasir dünyada qəbul olunmuş geyim növlərindən biridir və buna məhdudiyyət anlaşılan deyil”.

Tələbə Güc Mərkəzlərinin sədri Fərid İmanov isə AzadlıqRadiosuna bildirib ki, reaksiyalardan tələbələrin geyimə yaradıcılıq azadlığından, universitetin ictimai həyatında iştirakdan daha çox önəm verdikləri görünür: “Çünki tələbələr Azərbaycan cəmiyyətinin bir parçasıdır. Azərbaycan cəmiyyəti isə apolitik olduğu üçün ictimai fəaliyyətə, azadlıqlara daha az önəm verir”.

Onun sözlərinə görə, siyasi azadlıqlara maraq göstərən tələbələr də universitetdən çıxarılmasından qorxurlar deyə, müəyyən qədər çəkinirlər.

Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasına şort və mayka ilə giriş uyğun sayılmır. Bu, kitabxananın önündə yazılmış elandan görünür.

Sözügedən elan sosial şəbəkələrdə yayılıb və onun mətni birmənalı qarşılanmayıb. Bəzi tələbələr həmin qaydaya etirazını bildirib.

Azərbaycan təhsil müəssisələrində geyim məsələsi uzun zamandır mübahisələrə yol açır. Zaman-zaman universitetlərdə rəhbərlik səviyyəsində belə tələblərin səsləndiyi bildirilir.

24 saat” “
Tibb Universitetinin kitabxanasında geyim elanı…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button