2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tibbi müayinə nəticəsində Qubad İbadoğlunun ciddi problemləri olduğu təsdiq olunub

Mülki xəstəxanada müyinələrdən sonra həkimlər Qubad İbadoğluna müalicə ilə yanaşı, bir müddət sakit, qeyri-əsəbi mühitdə dincəlməyi tövsiyə ediblər.

Bu barədə aprelin 22-də barəsində həbs qətimkan tədbiri ev dustaqlığı imkan tədbiri ilə əvəz edilmiş Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, müayinə və analizlərin ilkin nəticələri içərisində ürəkaçanları da, narahatlıq yaradanları da var. 

Saytların yığılması Saytlarin yigilmasi

“Qaraciyər, dalaq və böyrəklərdə ciddi problemlər yoxdur, mütəmadi xolestrin əleyhinə dərman qəbul etdiyindən ümumi xolesterini normaldır. Qaraciyərin ölçülərində böyümə var, o da, inşallah, müalicə ilə keçəcək. Bizi ən çox narahat edən ürək oldu. Yadınızdadırsa, əvvəllər bir neçə dəfə yazmışdım ki, Qubad müəllim həbs olunmamışdan öncə Londonda keçdiyi müayinələrin nəticələrinə görə, ürəyində aortanın kökünün diametri 37 millimetr olub. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin qərarı ilə ötən ilin oktyabrında qardaşımın döş qəfəsini Mərkəzi Klinik xəstəxanada kompüter tamoqrafiyasından keçirmişdilər və nəticədə yazmışdılar ki, ürəkdə aortanın anevrizaması yoxdur, mülayim genişlənmə var, çünki aortanın kökü 44 millimetr, qalxan aorta isə 41 millimetrdir. Dünənki tamoqrafiyanın nəticələrinə görə isə, həm aortanın kökündə, həm də qalxan hissəsində damarın diametri 50 millimetrdir. Tibbi göstərişlərə görə, böyümə 52 millimetri ötərsə, cərrahi müdaxilə tələb olunur. Bu xəstəlikdə reqres (bərpa, geri dönüş) yoxdur, ona görə də tibbi tədbirlər zamanı məqsəd proqresin qarşısını almaqdır. Belə görünür ki, təcridxanada olduğu müddətdə ya aparılan müayinələrin nəticələri həqiqəti əks etdirməyib, ya da yüksək qan təzyiqi və stres səbəbindən aorta sürətlə genişlənib”, o qeyd edib.

Qalib Toğrulun dediyinə görə, qardaşında  digər əsas problem şəkərli diabetlə bağlıdır.

“Dünənki qan analizlərinə görə, aclıq qlükozası (qanda) 164.2 mg/dl, qlikohemoqlabin (3 aylıq orta şəkər) 9% (240 mg/dl) oldu. Hər iki göstərici kifayət qədər yüksəkdir. Ümid edirik ki, gəzinti, təmiz hava və stresdən uzaq sakit mühit hesabına şəkəri tezliklə normallaşdıra biləcəyik. Şəkərin yüksək olması səbəbindən həkimlər ayaq dırnağındakı qaralma ilə bağlı hər hansı müdaxiləni məqbul hesab etmədilər, hələki müşahidə altında saxlamağa qərar verdilər”, deyə Toğrul bildirib.

O deyib ki, Qubad İbadoğlunun qalxanabənzər vəzindəki düyünün müayinəsinin nəticəsinə görə, diametri 3.3 millimetr ölçüsündə düyün izlənilir.

“Bu nəticənin sadə şəkildə açıqlaması belədir ki, düyün toxumalarının qan təchizatı güclüdür (düyünün böyümək ehtimalı var), kalsinatlar endokrin xəstəliklərdən əziyyət çəkənlərdə olur və adətən, hər hansı simptom, ağrı vermədən inkişaf edir, sonda ciddi hormonal pozuntilara səbəb olur. Hələ ki, qan analizlərinə görə, hormonlarda kənarlaşma yoxdur. Ancaq düyünün bədxassəli və ya xoşxassəli olmasını müəyyənləşdirmək üçün biopsiya məsləhət görülür. Və nəhayət, prostat vəzinin ölçüləri artıb. Maraqlıdır ki, qardaşım təcridxanda prostatla bağlı 2 kurs müalicə (“Tamsulosin”) alsa da, böyümə dayanmayıb. Güman edirik ki, bu, hərəkətsizliyin nəticəsidir, müntəzəm gəzintilərdən sonra təbii şəkildə aradan qalxacaq”, deyə o qeyd edib.

Ötən il iyul ayında Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu barəsində həbs qətimkan tədbiri seçib. Aprelin 22-də isə məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə əvəz edib. 

Qubad İbadoğlu 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button