2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Tikan üzərində yeriyən ölkələri birləşdirən və ayıran maraqlar

Evren Balta

“Al-Jazeera”

 

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə-Rusiya arasındakı əlaqələr son illərdə böyük sürət və gərginliklə inkişaf edir. 2015-ci il noyabrın 24-də Suriya sərhədində “SU-24” rus döyüş təyyarəsi türk “F-16″ları tərəfindən vuruldu və bu hadisə iki ölkə arasında ciddi böhrana səbəb odu.

Rusiyanın embarqosundan sonra bağlanan iqtisadi əməkdaşlıq kanalları Türkiyəni yalnız milyardlarla dollarlıq zərərə məruz qoymadı, eyni zamanda, Türkiyənin özü üçün xarici siyasət prioritetlərindən biri olan Suriya məsələsində (həm birbaşa, həm dolayı) üstünlüyünü də itirməsinə gətirib çıxardı.

Əlaqələri qopma və hətta isti qarşıdurma nöqtəsinə gətirən rəftar 2016-nın ikinci yarısından etibarən dəyişməyə başladı. Baş nazir Əhməd Davudoğlunun yerinə gələn Binəli Yıldırım “qonşuların sayını artıran, düşmənlərin sayını azaldan xarici siyasət anlayışı möhkəmləndirilməlidir” deyirdi. Bu andan etibarən Ədalət və İnkişaf Partiyası səlahiyyətliləri təyyarə qalmaqalını tarixi əlaqələri güclü olan iki dövlətin münasibətlərinin əridilməsi əməliyyatı adlandırdı.

 

Sürətli normallaşma

 

Təyyarə qalmaqalı hadisəsinin üzərindən bir ildən az bir müddət keçmədən, 2016-cı il iyunun 27-də Rusiya rəsmiləri prezident Tayyib Ərdoğanın bir məktubla “rus pilotun ailəsindən üzr istədiyini və Rusiya-Türkiyə əlaqələrinin düzəlməsi üçün əlindən gələni edəcəyini söylədiyini” açıqladı. “Moscow Times” bu vəziyyəti “gözəl bir yoldaşlığın başlanğıcı” kimi səciyyələndirdi.

Düzəlməyə başlayan əlaqələr 15 İyul çevriliş cəhdindən sonra sürət qazandı. Prezident Ərdoğanın çevriliş cəhdindən sonra etdiyi ilk xarici səfər Rusiyaya oldu. Avqustun 9-da Ərdoğan və Putin Peterburqda görüşdü. 

Qərb mətbuatı bu görüşü Qərb tərəfindən təcrid edilən iki liderin bir-birilərinə dəstək cəhdi kimi şərh etdi.

Bu zirvənin ən əhəmiyyətli nəticəsi iki ölkənin Suriya siyasətində nisbi bir əməkdaşlığa keçməsi oldu. Türkiyə, Suriyada müxalif qruplara təmin etdiyi dəstəyi kəsərək Rusiyanın Hələb müdaxiləsinin qarşısını açdı. Bu vəziyyət Rusiyanın fəal dəstəyi ilə Suriya ordusunun dekabrın 15-də Hələbə bütünlüklə nəzarəti alması ilə nəticələndi. Bunun qarşılığında Rusiya “Fərat qalxanı” əməliyyatına yaşıl işıq yandırdı. TSK 7 ay davam edəcək əməliyyata başladı.

 

İranla birlikdə üçlük

 

İki ölkə arasında 2016-ın son aylarındakı ən əhəmiyyətli inkişaf isə bu ikitərəfli əlaqəyə üçüncü tərəfin dəvət edilməsidir. Dekabrın 20-də həm ümumi olaraq Yaxın Şərq siyasətində, həm də Suriyada radikal fərqli maraqlara sahib və fərqli mövqelərdə yer almış Türkiyə, İran və Rusiya vasitəsilə Moskvada üçlü zirvə üçün bir araya gəldi.

Bu proses heç də təsadüf sayılmayacaq şəkildə başqa bir inanılmaz hadisəni “reallaşırdı”: zirvədən bir gün əvvəl rus səfiri Andrey Karlov polis məmuru tərəfindən Ankarada öldürüldü.

Sui-qəsdin kölgəsində üç ölkə Moskvada bir araya gələrək, “Moskva Bəyannaməsi” adlandırılan sənədi imzaladı. Bu sənəd ilə tərəflər “çoxetnik quruluşu saxlayan, çoxdinli, məzhəbçi olmayan, demokratik və dünyəvi bir dövlət olaraq Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə” hörmət eşitdiklərini bəyanladılar.

Rusiya qəzetləri Moskva danışıqlarını Yaxın Şərqdə radikal bir paradiqma dəyişikliyi kimi səciyyələndirdi. Rusiyaya görə, nəhayət, Rusiya-Türkiyə-İran üçbucağı Yaxın Şərqdə ABŞ-ın yerini almışdı. Moskvanın bu görüşlərlə əsas hədəfi də bu idi.

Moskva Bəyannaməsini 24 yanvar 2017-ci ildə keçirilən Astana danışıqları təqib etdi. Rusiya-Türkiyə və İran bu danışıqlarla Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini öhdələrinə aldı və üçlük nəzarət mexanizmi qurmağa qərar verdiklərini açıqladı; İŞİD və “əl-Nusra” ilə ortaq mübarizə çağırışı etdilər.

Bu proseslərin ən böyük əhəmiyyəti üç ölkənin müxalifətlə birlikdə Suriya savaşını dizayn edə bilmə və müharibənin gedişini dəyişdirmək fürsəti qazanması idi.

Həmin dövrdə ölkələr arasındakı milli mənfəət fərqləri, xüsusilə də Türkiyənin PYD qarşısındakı mövqeyi, bu fürsətin sürətlə əriməsinə gətirib çıxardı.

 

Görüş trafiki

 

Astana danışıqlarından sonra liderlərarası təmaslar tam sürətilə davam etdi. Martın 10-da Prezident Ərdoğan ilə Vladimir Putin bir daha üz-üzə gəldilər. İki lider toplantı sonrası mətbuat konfransında ticarətdə milli pul vahidlərini istifadə edilməsində anlaşdıqlarını və Türkiyə-Rusiya Ortaq İnvestisiya Fondunun qurduqlarını ifadə etdilər.

10 Mart iki ölkə arasında xalçanın altına itələdikləri problemlərin gündəmə gətirilməsi və iki ölkə arasındakı anlaşılmazlıq sahələrinin da təkrar su üzünə çıxmağa başladığı görüş oldu. 

Ərdoğan və Putinin mətbuat konfransında fərqli gündəmə prioritet verməsi, Rusiyanın PYD-nin həm Moskvadakı, həm də Suriyadakı fəaliyyətlərinə verdiyi dəstəyin davam etməsi, viza rejiminin ləğv edilməməsi və Türkiyədən gələn qida məhsullarına tətbiq olunan sanksiyaların dayandırılmaması görüşdə hələ də iki ölkə arasında gərginlik yaratmağa davam edən problemlərdən bəziləri idi.

 

Suriyada yeni dövr

 

Son görüşündən sonra iki ölkənin əlaqələrinə təsir edən siyasi/hərbi proseslər sürətini azaltmadı. Xan Şeyhun qəsəbəsində kimyəvi hücuma cavab olaraq ABŞ prezidenti Donald Trampın əmri ilə Amerikan silahlı qüvvələri Suriya rejiminə aid hava bazasına raket hücumu təşkil etdi.

Bu hücumla Tramp həm daxili siyasətdə Rusiyanın kuklası olduğu iddialarını təkzib etmək, həm də Obama dövründə ABŞ-ın zəifləyən hərbi əzələlərinin, lazım olarsa, yenidən istifadə və özü olmadan Suriyada heç bir aktyorun güc proyeksiyası edə bilməyəcəyini dünyaya göstərmək istəyirdi.

Üstəlik, eyni dövrdə ABŞ və Rusiya İŞİD-ə qarşı mübarizə prioritetlərini və bu mübarizədə PYD-nin əhəmiyyətini vurğulayırdı. Rusiyanın son dövrdə PYD ilə əlaqələrinin birdən çox məqsədi olduğu deyilə bilər. Rusiya, beləliklə, həm bölgədə kürdlərə əməkdaşlıq edən ABŞ-ın gücünü tarazlamağa və nəzarət etməyə çalışır, həm də özünə Suriyada onunla birlikdə işləyən yerli, etibarlı və sekulyar bir tərəfdaş tapmış olurdu. 

ABŞ-ın Raqqa əməliyyatını PYD ilə keçirəcəyinə dair güclü siqnallar verməsi və Rusiyanın bu vəziyyətə qarşı çıxmaması isə Türkiyənin bölgə siyasətinin təməlində duran Sincardan Afrinə qədər uzanan PYD qurşağının maneə törətməsi hədəfi ilə də açıqdır.

Türkiyə ilə Rusiya arasındakı yaxınlaşma və uzaqlaşma yalnız bu gün deyil, tarix boyu bu iki ölkənin Qərb ilə olan əlaqələri ilə yanaşı gedib.

İki ölkənin eyni dövrdə Qərb ilə əlaqələrinin gərginləşməsi yaxınlaşma və əməkdaşlığın vacibliyini artırarkən, eyni bölgədə bənzər ehtiraslara və zidd düşən milli maraqlara sahib olmaları da problemləri çoxaldır. Amma bu iki ölkənin nə rəftarı, nə də Qərb ittifaqı ilə əlaqələri bir-birinə bərabər deyil.

Üstəlik, nə daxili, nə xarici siyasət yalnız milli mənfəətlərdən və makrosiyasi hədəflərdən təşkil olunub. Rusiya və Türkiyənin iqtisadi, siyasi və hərbi elitaları arasında qurulan iqtisadi bağlar, bəlkə də, hər cür milli mənfəət qarşıdurmasına baxmayaraq, iki ölkənin tikanlı əlaqəni davam etdirməsini təmin edən ən əhəmiyyətli motivasiyadır.

 

Tərcümə: Strateq.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button