2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tikintidə müqaviləsiz işləyənlərə kamera ilə nəzarət ediləcək

Prezident İlham Əliyev aprelin 28-də tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin önlənməsindən ötrü nəzarətin gücləndirilməsi haqqında fərman imzalayıb.

Sənəddə yazılır ki, məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Saytların yığılması Saytlarin yigilmasi

Fərmana görə, ilkin mərhələdə Bakıda tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması məqsədilə pilot layihə həyata keçiriləcək.

Layihə çərçivəsində tikinti obyektlərinin, obyektlərin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq.

Fərmanda həmçinin, əmək müqaviləsi olmadan işə cəlb edilən şəxslərin müəyyən edilməsi məqsədilə tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur. Kameralar tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına quraşdırılacaq.

Sənəddə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin yaradılması da nəzərdə tutulur.

Fərmana görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayı azaldılacaq. Buna paralel olaraq, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 50 ştat vahidi artırılacaq.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button