2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Tikintidə və mənzil bazarında canlanma var

Kirayə evlərə tələbat artıb, köhnə binaların sökülməsi alıcıları yeni tikilən binalara yönəldib

 


Manatın dollara nisbətdə dəyər itirməsi tikinti materialları bazarında da kəskin qiymət artımına səbəb olub. İdxal olunan məhsullarla yanaşı yerli istehsalın da qiymətində bahalaşma müşahidə olunur. Buna səbəb isə maya dəyərinin artmasıdır. Qiymət artımı ilə yanaşı materialların keyfiyyəti də aşağı düşüb. Satıcılar deyirlər ki, əvvəlki illərin payız-qış ayları ilə müqayisədə bazara gələn müştərilərin sayı azalıb. Səbəb elə qiymətlərin bahalaşmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Tikinti materialları bazarı ilə əlaqəli olan mənzil bazarında isə son zamanlar canlanma müşahidə olunur. Tələbatın artması nəticəsində qiymətlər bahalaşıb.

Rieltorların sözlərinə görə, iyun ayına kimi qiymət artımı davam edəcək. Söküntülərin aparılması ilə əlaqədar olaraq isə kirayə bazarında da canlanma müşahidə olunur.

Rieltor Ülvi Zeynalovun dediyinə görə, dolların bahalaşmasından sonra iki aya yaxındır mənzil bazarında nisbətən canlanma var: “Amma vəziyyət yenə ürəkaçan deyil. Artım ilkin mənzil bazarında müşahidə olunduğu üçün təkrar mənzillərə tələbat artıb. Mənzillərinbahalaşacağı gözlənilir. Əgər manatın dəyəri artsa, sürpriz ola bilər”.

Ü.Zeynalov deyir ki, kirayə bazarında ciddi qiymət artımı müşahidə olunmur: “Son zamanlar turistlərin, xüsusən ərəblərin ölkəyə gəlməsi ilə bağlı olaraq şəhərdəki evlərdə və villalarda qiymət artımı müşahidə olunur. Yəni kirayə bazarında bahalaşma “elit” evlərdədir”.

Rieltor Nicat Vəliyev da deyir ki, əvvəlki aylara nisbətən son zamanlar mənzil bazarında müsbət dinamika müşahidə olunur: “Tələbat artdığı üçün qiymətlər yüksəlib. Ötən illərin eyni dövrü ilə müqayisədə ciddi qiymət artımı var. Tələbatın yüksəlməsi gələn aylarda da müşahidə olunacaq. Yeni binalara tələb var və qiymət artımı əsasən bu sahədədir. Köhnə binaların sökülmə ehtimalı olduğu üçün müştərilər yeni mənzil bazarına üz tuturlar. Qiymət artımına səbəb həm də inşaat materialları bazarında bahalaşmanın müşahidə olunmasıdır. Tikinti bazarında qiymət artımı yeni mənzil bazarına təsir göstərir”.

N.Vəliyev bildirir ki, “Sovetski” adlanan ərazidə, sovet dövründə tikilən köhnə binaların sökülməsi ilə əlaqədar olaraq kirayə bazarında da canlanma var.

Onun sözlərinə görə, may-iyun aylarında qiymətlərin aşağı düşəcəyi gözlənilir: “Ötən illərdəki vəziyyəti nəzərə alaraq deyə bilərik ki, sentyabarın əvvəlində bazarda yenidən qiymət artımı müşahidə olunacaq”.

Rieltorlar xatırladır ki, Azərbaycan 2017-ci ilin dövlət büdcəsində xərclərin kifayət qədər azaldılması əhalinin gəlirlərinə təsirsiz ötüşməyib. Eyni zamanda, daşınmaz əmlak bazarında satış təklifləri artır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button