Bizim tərcümə

TikTok Avstraliyada federal hökumət cihazlarına qadağa qoyub

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-04-04 12:30:37

class=”medianet-inline-adv”>

Çin sosial media platforması TikTok-un bütün dünyada istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı artan narahatlıqlar var. Çində yerləşən ByteDance şirkətinə məxsus TikTok-a qadağa Avstraliyadan da gəlib. TikTok tətbiqinin federal hökumətə aid cihazlarda istifadəsinin ölkədə təhlükəsizliklə əlaqədar olaraq qadağan edildiyi açıqlanıb. Baş prokuror Mark Dreyfus verdiyi açıqlamada qadağanın ən qısa zamanda qüvvəyə minəcəyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

TikTok-un Avstraliya və Yeni Zelandiya üzrə baş meneceri Li Hunter bildirib ki, TikTok digər platformalardan ayrı saxlanılmamalıdır. Hunter, “TikTok-un avstraliyalılar üçün hər hansı bir təhlükəsizlik riski yaratdığına və digər sosial media platformalarından fərqli davranılmamalı olduğuna dair heç bir sübut yoxdur” dedi.

Avstraliyanın qərarından sonra Avstraliya, Kanada, ABŞ, Böyük Britaniya və Yeni Zelandiyadan ibarət “Beş Göz” kəşfiyyat mübadiləsi alyansının bütün üzvləri TikTok-u hökumətə məxsus cihazlardan qadağan edib. Fransa, Belçika və Avropa Komissiyası daha əvvəl də oxşar qərarlar qəbul etmişdilər.

class=”medianet-inline-adv”>

BEŞ GÖZ İTTİFAK

İlk dəfə 1946-cı ilin martında Böyük Britaniya və ABŞ tərəfindən imzalanan, daha sonra Kanada, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə genişlənən və “UKUSA” olaraq adlandırılan ittifaq, elektron kəşfiyyat sahəsində əməkdaşlığı ehtiva edir. Alyans “Beş Göz” kimi də tanınır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button