2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Tillerson Rusiya məsələsində Ağ Evin ‘əl-qolunu bağlamamağa’ çağırıb

ABŞ Senatının Moskvaya qarşı mövcud sanksiyaları möhkəmlətməyə və yenilərini qoymağa hazırlaşdığl bir vaxtda, dövlət katibi Rex Tillerson millət vəkillərini Ağ Evin Rusiya ilə danışıqlar aparmaq imkanlarını məhdudlaşdırmamağa çağırıb.

Tillerson bu bəyanatı Konqresin Xarici Əlaqələr Komitəsi qarşısında iyunun 14-də, Senatın sanksiyalara dair səsverməsinə az qalmış verib.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, Senat Moskvanın üzərinə Ukraynadakı təcavüzünə görə qoyulmuş sanksiyaları qanun halına salacaq və prezident Donald Trump-ın bu sanksiyaları özbaşına qaldırmasını çətinləşdirəcək.

Yeni qanuna görə, sanksiyalar enerji və maliyyə sektorlarından da uzağa gedərək insan haqları pozuntularına görə mədənçilik, metallurgiya, gəmiçilik və dəmir yolu şirkətlərini də əhatə edəcək.

Tillerson Konqres qarşısındakı çıxşında deyib ki, Rusiyadan ötən il keçirilmiş ABŞ seçkisinə müdaxilə etdiyinə görə cavabdehlik tələb edilməlidir.

Bununla yanaşı, o millət vəkillərini prezidenti “hərəkilikdən” məhrum etməməyə çağırıb ki, o “təkamül edən diplomatik situasiyalarda sanksiyalara düzəliş edə bilsin…”

O deyib ki, administrasiya “istiliyi artırmaq”, lakin həm də yeri gələndə, Mosdkva ilə konstruktiv dialoq aparmaq imkanına malik olmalıdır.

Kreml bildirib ki, əgər sanksiyaların möhkəmləndirilməsinə dair qanun qəbul edilərsə, Moskva cavab tədbirləri görəcək.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button