Bizim tərcümə

“Time” jurnalı qalibi elan edib… Ukrayna lideri Zelenski “İlin adamı” seçilib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-07 17:08:01

ABŞ-ın “Time” jurnalı ilin adamını elan edib.

Ötən həftələrdə səsverməyə başlayan Time redaktorları bu ili qeyd edən şəxsin Ukrayna lideri Zelenski olduğuna qərar veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Siyahıya ABŞ-ın keçmiş prezidenti Donald Tramp, ABŞ müğənnisi Beyons, Amazon-un qurucusu Ceff Bezos və iqlim fəalı Qreta Tunberq də daxil olub.

Jurnal məşhur milyarder İlon Maskı ötən ilin adamı seçib.

KOMEDİSTDƏN LİDERLİYƏ… BU ZELENSKİ KİMDİR?

1978-ci ildə Ukraynanın mərkəzi hissəsindəki Krivoy Roq şəhərində anadan olan Vladimir Zelenski ibtidai məktəbdə yaxşı ingilis dili təhsili alıb və ali hüquq təhsilini başa vurub. Lakin 2 aylıq təcrübə müddətindən başqa heç vaxt hüquq sahəsində çalışmayan Zelenski gənc yaşlarında komediya qrupunun üzvü olub.

Zelenski Sovet İttifaqından bəri əyləncə sənayesində komediyaçı kimi karyerasına suallara məzəli cavablar verən komediya qrupunun yarışması olan “Şən və İstedadlılar Klubu”nda (KVN) başlayıb.

“Kvartal 95” adını verdiyi öz qrupu ilə müsabiqələrə qatılaraq, şoular təşkil etməklə şöhrət qazanan Zelenski daha sonra həm Rusiyada, həm də Ukraynada çəkilmiş müxtəlif serial və filmlərdə rol alıb. Zelenski 2015-ci ildə Ukraynada bir televiziya kanalında yayımlanan “Xalqın qulluqçusu” serialı ilə sıravi müəllim olduğu halda, bir video sayəsində qısa müddətdə Ukrayna Prezidentliyinə xalq qəhrəmanı kimi gələn obrazı canlandırıb.

Keçən il bu silsilədən ilhamlanaraq “Xalqın xidmətçisi” partiyasını quran və siyasətə addımlayan Zelenski qısa müddətdə prezidentliyə namizədliyini açıqlayıb.

2003-cü ildən məktəb yoldaşı Yelena ilə evli olan Zelenskinin iki övladı var.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button