2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Tofiq Yaqublu barəsində həbs qərarı verildi VİDEO

DİN onu adam döyməkdə şərlədi; prokurorluq və məhkəmə də siyasi sifarişi icra etdi

Ötən gün Bakının Nizami rayonu ərazisində təxribatla üzləşən, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bu gün məhkəmə qarşısına çıxarılıb və barəsində 3 ay həbs qətimkan tədbiri seçilib. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirli bilinib. Məhkəmədən qabaq DİN-in sözçüsü Ehsan Zahidov saytlardan birinə açıqlama vermişdi ki, guya T.Yaqublunun avtomobili VAZ-2107 markalı başqa bir maşınla toqquşub və sonra da T.Yaqublu həmin maşının Cəbrayılovlar soyadlı kişi sürücüsü və qadın sərnişinini (ər-arvad) yumruq və vintaçanla döyüb.

Saytların yığılması Saytlarin yigilmasi

DİN sözçüsünün açıqlamasının ziddinə T.Yaqublu dünən üzləşdiyi təxribat barədə yaydığı məlumatda avtomobilinin park etdiyi yerdə vurulduğunu və özünün də hücuma məruz qaldığını qeyd etmişdi.

T.Yaqublu dünəndən polisdə saxlanılıb, polisdə dindirmə zamanı onun müqavilə üzrə vəkili Elçin Sadıqovun ütün cəhdlərə baxmayaraq prosesdə iştirakına imkan verilməyib.

T.Yaqublu bu gün məhkəmədən öncə Nizami prkurorluğuna aparılıb, vəkilininin orada da onu müşaiyət etməsinə imkan verilməyib. Hətta məhkəməyə də vəkil son anda buraxılıb.

Xatırladaq ki, T.Yaqublunun həbsi ölkə başçısı İlham Əliyevin 19 martda Novruz “təbrikində” müxalifəti düşmən adlandırması və müxalifətçilərin təcrid edilməli olduğuu deməsindən sonraya təsadüf edir. Bu da həbsin ən yüksək səviyyədə siyasi sifarişlə həyata keçirildiyinə dəlalət edir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button