24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Tofiq Yaqublu prokurorluqda ifadə verib

Bakı/03.12.21 Müxalifətyönlü siyasətçi Tofiq Yaqublu dekabrın 1-də polis tərəfindən amansızcasına döyülməsilə əlaqədar cümə günü Səbayel Rayon Prokurorluğunda 4,5 saat ifadə verib.

Xatırladaq ki, o, fəal Saleh Rüstəmlini müdafiə aksiyası zamanı Fəvvarələr Meydanında saxlanılıb.

Səbayel polisinin 39-cu bölməsində onu döyüblər, sonra da avtobilə oturdub Bakının kənarına aparıblar. Yolda onu yenə də doyüb, Ələt qəsəbəsinin yaxınlıgında axşamüstü buraxıblar.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, siyasətçinin döyülməsi faktı ilə bağlı cinayət işi hələlik başlanmayıb, araşdırma aparılır.

Yaqublu özü bildirib ki, obyektiv araşdırma aparılacağına və günahkarların cəzalandırılacağına inanmır. O, işi Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarmaq niyyətindədir.

Yaqublu ifadə verdikdən sonra tibbi ekspertizaya göndərilib. Sonra onun iştirakı ilə “hadisə yeri”nə baxış təyin edilib.—06D-

 

https://www.<a data-autolink-id="15" target="_self" href="https://www.az24saat.org/?s=youtube" >youtube</a>.com/watch?v=orHQlykp0IY

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button