2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tofiq Yaqublu yenə həbs edildi

Yayımlandı: 23 Dekabr 2022 21:39

Məhkəmə siyasi fəalla bağlı qərar verdi

Dekabrın 23-də Fəvvarələr meydanında saxlanılan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqubluya 30 sutka inzibati həbs cəzası verilib. Bu barədə hakim Mədinə Bağırova qərar çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin sosial şəbəkələrdə yayılan videogörüntülərdən görünür ki, insan haqlarının pozulması, o cümlədən Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrı saat 15.00-da Fəvvarələr meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyasında iştirak etmək üçün Tofiq Yaqublu daha bir siya fəalla birlikdə gəlir. “Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Sonradan məlum olub ki, siyasi fəal Səbail rayonu, 8-ci polis bölməsinə aparılıb. Bundan sonra bir də Tofiq Yaqublu Səbail rayon Məhkəməsində görünüb.

Baxmayaraq ki, inzibati xətalarla bağlı məhkəmə prosesləri açıq keçirilir, Tofiq Yaqublunun məhkəməsinə heç kim buraxılmayıb.

Qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, Tofiq Yaqublunun səhhətində ciddi problemlər var:

“Tofiq Yaqublu keçən il dekabrın 1-də gördüyü işgəncələrdən sonra səhhətində çox ciddi problemlər əmələ gəldi. Hətta bir dəfə vəziyyəti pisləşdi, çox kritik durum yarandı. Hər an səhhətindəki ciddi problemlər onun vəziyyətini yenidən pisləşdirə bilər. Saxlanma videosunda da eşidilir, deyir ki, “qolumu burma, qolum ağrıyır”. Çünki indiyə qədər işgəncələr zamanı çox ciddi xəsarətlər alıb”.

Tofiq Yaqublu bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button