2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Toplum TV”-də axtarış aparılır, polis ərazini mühasirəyə alıb

Sayt əməkdaşlarının ərazidən polis maşını ilə uzaqlaşdırıldığı bildirilir

Müstəqil media olan “Toplum TV”-nin ofisində axtarış aparıldığı bildirilir.

Bu barədə sosial şəbəkələrdə saytın əməkdaşları məlumat paylaşıb. Bildiriblər ki, media qurumunun ofisində axtarış başlayıb, polis saytın əməkdaşlarını ərazidən polis maşınında uzaqlaşdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV məlumatı sayt rəhbərliyi ilə dəqiqləşdirə bilməyib. Heç biri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Saytın əməkdaşlarından biri medianın yerləşdiyi ərazinin polis tərəfindən mühasirəyə alındığını bildirib.

Meydan TV-nin əldə etdiyi başqa bir məlumata görə, III Respublika Platformasının yerləşdiyi ofisin ətrafını da polis əhatəyə alıb.

Axtarışı hansı qurumun apardığı bəlli deyil. Lakin Daxili İşlər Nazirliyi (DİN) Toplum TV-də axtarış aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev deyib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək”, – E.Hacıyev deyib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button