Loading...
Loading...
SEÇMƏ

Toplum TV-nin “Facebook” səhifəsinin ələ keçirildiyi bildirilir

Yayımlandı: 17 Sentyabr 2022 13:25

Xədicə İsmayıl: “Mən redaktor olandan ilk dəfədir ki, belə halla üzləşirik”

Sentyabrın 17-də Toplum TV-nin “Facebook” səhifəsini ələ keçirib postları və izləyiciləri siliblər.

Bu barədə Meydan TV-yə “Toplum TV-nin redaktoru Xədicə İsmayıl deyib.

Redaktorun sözlərinə görə, hadisə gecə saatlarında baş verdiyindən texniki heyət hələ aydınlaşdırmağa çalışır.

O, indiyə qədər bir neçə dəfə Toplum TV-nin “Facebook” və “Youtube” səhifəsinə hücum olduğunu bildirib: “Eyni zamanda, saytın səhifəsi bir dəfə ələ keçirilmişdi. Mən redaktor olandan ilk dəfədir ki, belə halla üzləşirik”.

X.İsmayıl güman edir ki, yalnız saytın “Facebook” səhifəsindən yox, həm də canlı yayım edən əməkdaşlardan birinin hesabı ilə müdaxilə ola bilər:

“Amma hələ bu ikisinin bir-biri ilə əlaqəsinin olub-olmaması dəqiqləşdirilməlidir”.

“Daha ətraflı məlumat araşdırmanın nəticəsindən sonra olacaq. Bütün hallarda son vaxtlar hücumlar intensivləşiv, görünür, riskləri daha yaxşı hesablamayıq. Çünki maraq və əməkdaşların sayı artıqca, risklər də çoxalır”, – deyə İsmayıl fikrini tamamlayıb.

Meydan TV

Gözdən qaçırmayın:  İzyumda kütləvi məzarlıq tapılıb: Ukrayna Rusiyanı ittiham edir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button