2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"Toplum TV-nin işi" üzrə saxlanılanlar arasında DTİ-nin üç nümayəndəsi var

Martın 6-da “Toplum TV-nin işi” üzrə saxlanılanlar arasında Demokratik Təşəbbüslər İnstitutu ilə əlaqəsi olan üç nəfər var: Əli Zeynal, İlkin Əhmədov və Akif Qurbanov. 

Qeyd edək ki, “Demokratik Təşəbbüslər İnstitutu” (DTİ) QHT demokratik təşəbbüslər yolu ilə Azərbaycanda açıq cəmiyyətin yaradılmasına yardım məqsədilə 5 noyabr 2013-cü il tarixində bir qrup ictimai fəal tərəfindən təsis edilib. DTİ-yə o vaxtlar hələ “Ümid” partiyasından Mərkəzi Seçki Komitəsinin üzvü olan Akif Qurbanov rəhbərlik edir.

O, MSK-nın 13 oktyabr 2013-cü il tarixində prezident seçkilərinin yekun protokolunu imzalamayan yeganə üzvü idi. Qurbanov öz mövqeyini səsvermə günü ciddi qanun pozuntularının olması və onların araşdırılmaması ilə əsaslandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ədliyyə Nazirliyi DTİ-nin dövlət qeydiyyatından dəfələrlə imtina edib. İnstitut Ədliyyə Nazirliyindən məhkəməyə şikayətlər verib, amma şikayətləri nəticəsiz qalıb.

Dövlət qeydiyyatının olmaması təşkilatın fəaliyyətini çətinləşdirirdi, lakin işləmək imkanından məhrum etmirdi.

DTİ 2015-ci ildən etibarən könüllülərlə əməkdaşlıq edərək, seçkilərin monitorinqini aparır (2024-cü ilin prezident seçkiləri istisna olmaqla) və onlara ekspert rəyi verirdi.

Bundan başqa, DTİ maarifləndirmə və hüquq müdafiə layihələri həyata keçirirdi, “Müdafiəçi” Hüquq Mərkəzinin yaradılmasının təşəbbüskarı olub.

Toplum TV ilə əməkdaşlıq çərçivəsində gənc jurnalistlərə təlim proqramları həyata keçirilirdi.

Dünən saxlanılanlar arasında DTİ-nin direktoru Akif Qurbanov da var, o, 2023-cü ilin dekabrından etibarən həm də III Respublika Platformasının təsisçi tərkibinin rəhbəri idi.

Qurbanov, Əhmədov və Zeynalovla yanaşı, Toplum TV-nin jurnalistləri və mətbuat işçiləri – Fərid İsmayılov, Elmir Abbasov, Müşfiq Cabbarov və Ramil Babayev də saxlanılıb.

7 nəfərin hamısı CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar, bu maddə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Vəkillərin sözlərinə görə, polis DTİ-nin ofisində axtarış zamanı 30 min avro tapıb. Göründüyü qədər, müxalifətçilərin evlərinə və ofislərinə valyuta atılması variantı Azərbaycan hökumətinə qarşı “təxribat” xarakterli fəaliyyət üçün Qərbdən pul vəsaiti alınması ittihamları üçün əsas “sübuta” çevrilir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button