2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Toplum TV öz fəaliyyətini davam etdirəcək – Xədicə İsmayıl

Toplum TV internet nəşrinin üç əməkdaşına qarşı Azərbaycan CM-in 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb, bu barədə Turan-a bu KİV-in baş redaktoru Xədicə İsmayıl bildirib.

Xüsusən, videoredaktor Müşfiq Cabbar, sosial şəbəkələr üzrə menecer Elmir Abbasov və müxbir Fərid İsmayılov cinayət məsuliyyətinə cəlb edilib və saxlanılıb.

Bununla belə, Toplum TV fəaliyyətini davam etdirəcək, deyə Xədicə İsmayıl qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda istintaq orqanı ofisimizin qapılarına möhür vurub. İstintaqın iradəsindən asılı olmayaraq, biz Toplum TV-nin fəaliyyətini davam etdirəcəyik. İndi keçid planı üzərində işləyirik və işin davam etdirilməsini təmin etmək niyyətindəyik, bu, çox vacibdir”, deyə o, qeyd edib. 

Toplum TV-nin fəaliyyətinin bərpa edilməsi faktiki olaraq sıfırdan başlamaq deməkdir. “Avadanlığın qaytarılması və ofisin açılması üçün hüquqi addımlar atacağıq”, deyə İsmayıl sözünə davam edib.

O, həmçinin qeyd edib ki, Toplum TV-nin avadanlığı götürüldükdən sonra ilk iş olaraq nəşrin YouTube kanalının adı dəyişdirilib və videomateriallar arxivi silinib, deyə baş redaktor bildirib.

Qeyd edək ki, Toplum TV-nin hesabından bir neçə saat ərzində 3600 videomaterial silinib.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button