2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Tramp Komeydən Flinn istintaqının qapadılmasını istəyib

Amerika mediasında çıxan xəbərlərə görə ABŞ prezidenti Donald Tramp Rusiya əlaqələriylə əlaqədar vəzifədən uzaqlaşdırdığı FTB rəhbəri Ceyms Komeydən istefa verən təhlükəsizlik müşaviri Maykl Flinn haqqındakı istintaqı bağlamasını istəyib.

Məlum olduğu kimi, Flinn Rusiyanın Vaşinqton səfiri ilə telefon danışması haqqında yanlış məlumat verdiyi üçün fevral ayında vəzifəsindən istefa vermişdi. “New York Times” qəzetinin xəbərində Prezident Trampın fevral ayındakı görüş zamanı Federal Təhqiqat Bürosunun rəhbəri Komeydən Flinn haqqındakı təhqiqata son verilməsini istədiyi ifadə edilir. Xəbərdə Trampın “yaxşı biridir, ümid edirəm məsələni bağlayarıq” dediyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

CNN televiziyası Komeyin Trampın sözlərindən dəhşətə gələrək, görüş haqqında protokol tutduğunu bildirib. İddialar doğru çıxdığı halda, Trampın ədaləti maneə törətməyə cəhd göstərməkdən günahkar vəziyyətə düşəcəyi bildirilir. Ağ Ev prezidentin FTB direktorundan belə bir şey istədiyinə dair xəbərlərin əsassız olduğunu bildirib. Açıqlamada Donald Trampın Flinni dürüstlüyünə görə təriflədiyi, ancaq hər hansı bir istintaqın bağlanılmasını istəmədiyi deyilir. ABŞ prezidentinin cümə axşamı günü media nümayəndələrinin məsələ ilə əlaqədar suallarını cavablandıracağı açıqlandı.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button