Bizim tərcümə

Trampın NFTləri bir gündə satıldı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-18 08:00:08

ABŞ-ın keçmiş prezidenti Donald Trampı super qəhrəman, astronavt və Nascar yarış sürücüsü kimi göstərən NFT kartları bir gündə satılıb.

SUPER-TRUMP ANİMASYASI

Saytların yığılması Saytlarin yigilmasi

Cümə axşamı Trump, məhdud sayda rəqəmsal kartların “böyük Milad hədiyyəsi edə biləcəyini” söylədi. Tanıtım çarxında keçmiş prezidentin Nyu-Yorkdakı Trump Tower qarşısındakı köynəyini cıraraq gözlərindən lazer şüaları ilə T hərfi ilə bəzədilmiş superqəhrəman kostyumunu üzə çıxaran animasiya versiyası əks olunub.

NFT təkliflərini izləyən OpenSea-nın məlumatına görə, hər biri 99 dollardan 45.000 rəqəmsal kart satışa çıxarılıb. 2024-cü ildə yenidən prezidentliyə namizəd olmağa ümid edən Trampın bu yolla gəlirləri artırmağı hədəflədiyi, NFT layihəsinin isə respublikaçılar da daxil olmaqla lağ mövzusuna çevrildiyi bildirilir. Sağçı media şərhçisi və Trampın keçmiş baş strateqi Stiv Bannon satışla bağlı podkastında layihədə iştirak edən hər kəsin “işdən çıxarılmalı” olduğunu iddia edib.

Məlumat qeydi: NFT türkcəyə ‘nitelikli əqli mülkiyyət hüququ’ kimi tərcümə oluna bilən ‘non fungible token’ qısaltmasıdır. Rəqəmsal aktivlərə sahiblik hüququ verən proqram.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button