2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın “Twitter” mesajları rəqibinə hədəf oldu

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan və seçkilərdə Donald Trampa uduzan keçmiş senator Rick Santorum maraqlı açıqlama verib. O deyib ki, əgər “Donald Tramp “Twitter”də yazmağı dayandırsa, ABŞ administrasiyası normal fəaliyyət göstərər. ”

Santorum CNN telekanalının səhər proqramında bunları bildirib: “Əgər sən hər gün “Twitter”də yazırsansa, KİV-lərə və sənə qarşı münasibətə etiraz edirsənsə, işdən yayınırsan və uğurlu fəaliyyət göstərə bilməzsən… Son 9 gün prezidentə onu göstərdi ki, əgər sənin işdən diqqətin yayınmırsa, müəyyən ssenariyə əməl edirsənsə, seçki kampaniyası zamanı amerikalılara  dediklərin gözəl sözlərin üzərində işləyirsənsə, səndən yaxşı prezident ola bilər ” – deyə o vurğulayıb.
Səfər zamanı Trampın “Twitter”də yalnız görüş açıqlamaları və minnətdarlıq  mesajları yer alıb.
Lakin səfərdən dərhal sonra ABŞ prezidenti növbəti dəfə KİV-ləri hədəf alaraq yazıb:
“Fikrimcə, Ağ Evdən sızdırılan məlumatların çoxu kütləvi informasiya vasitələri tərəfindən yaradılan saxta məlumatlardır.”
Amma Tramp Santorumun tövsiyələrinə məhəl qoymayıb. O yenidən Twitter hesabında yazıb:
“Yalançı KİV-lər cidd-cəhdlə məni və mənim sosial şəbəkələrdəki fəaliyyətimi pis şəkildə təqdim etməyə çalışırlar. Çünki onlar Amerikanın real vəziyyətin necə olduğunu bilməsini istəmirlər.”

Saytların yığılması Saytlarin yigilmasi

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button