2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trolların ümidinə qalan hökumət

Hökümət demək olar ki, bir-iki istisna olmaqla, bütün informasiya resurslarına nəzarə edir. İstisna olan bir neçə sayt var ki, onları da ölkədən girişi bloklayıb. Amma sosial şəbəkələrə nəzarət edə bilmir. YouTube, facebook və instagram kimi şəbəkələr ölkəmizdə kifayət qədər məhşurdur və milyonlarla istifadəçisi var. Bu gün Azərbaycanda təxminən 1,8 milyon facebook, 1,7 milyon instagram istifadəçisi var. YouTube kanallarına isə az qala hər evdə baxılır.

Hökumət bu kimi sosial şəbəkələrə nəzarət edə bilmir. İnsanlar artıq həqiqətləri, soyuducalardakı reallıq ilə düz mütənasiblik təşkil edən xəbərləri sosial şəbəkələrdən ala bilir. Sosial şəbəkələri medallı redaktorlar, meyvə şirələri ilə qidalanan direktorlar, köpüyü özündən də bol olan müdirlər idarə etmir ki, bir zənglə məsələ həll olunsun. Hökumət sosial şəbəkələrdə açıq aşkar uduzur. Daha dəqiqi, mahiyyəti orada tamam ortaya qoyulur.

Saytların yığılması Saytlarin yigilmasi

Vəziyyətdən çıxmaq üçün oturub fikirləşiblər, “qabaqlayıcı tədbirlər” planı hazırlayıblar və özlərinə böyük “troll şəbəkəsi” yaradıblar. Bu troll şəbəkəsi demək olar ki, sifarişlə işləyən mediaların, jurnalistlərin, televiziyaların apardıqları qarayaxmaları, şərləmələri sosial şəbəkələr üzərindən “rəy yazmaq” vasitəsilə edirlər. Açığı, bu rəy trollarının arasında o “ jurnalist”lərdən, medallı redaktorlardan kimlərinsə olmamasına da şübhə edirəm. Bu trolların hər birinə maaş da ödənir. Onlar da hökumətin nəzarətində olan media orqanları kimi ofislərlə, komfort şəraitlə təmin edilib, konkret iş qrafikinə malikdilər. Məsələn, 6-dan sonra sosial şəbəkələrdən ayaqları-əlləri kəsilir. Səhər açılan kimi, total şəkildə qaralama, şərləmə tipli rəyləri hara gəldi, necə gəldi həkk edirlər. Bəlkə böhran olmasaydı, hökumət gecə növbəsi üçün də troll komandası işə götürərdi. Bilmək olmaz, bəlkə də elə bu yazıdan sonra hansısa idarələrə gecə növbəsi üçün məcburi işləmək tapşırılacaq.

İdarələr demişkən, “peşəkar” troll komandasından əlavə zaman-zaman müxtəlif idarələrdə işləyənlər də bu işə cəlb edilir. İmtinanın cəzası isə işi itirmək olur. Maraqlısı isə odur ki, niyə 600 min üzvü olan YAP trolların ümidinə qalıb? Hanı 600 minlik partiyanın üzvləri? Yəni 600 minin içərisində partiyasını, onun apardığı “analoqsuz inkişaf” siyasətini normal şəkildə, normal arqumentlərlə müdafiə edəcək 100 nəfər yoxdur? Deməli ki, 600 min üzvümüz var deyib “pripiska”etməklə məsələ həll olunmur. İnsanları zorla partiyaya üzv etməyin nəticəsi belə olmalıdır. Zorla partiyaya üzv edib və “filan yerdə bizi müdafiə etməsəniz işdən qovulacaqsınız” dediyiniz hər üzvünüzə əslində mahiyyətinizi özünüz necə lazımdırsa, izah edirsiniz. Təbii ki, bu adamlardan da bir dəfə, iki dəfə troll kimi istifadə edə bilərsiniz. Ən başda bir-iki dəfə etdiniz, sonra alınmadı. Axı hamını da rəy yazmır deyə işdən çıxara bilməzsiniz. Şükür ki, heç olmasa onu anlamısınız.

Analoqsuz siyasətinizi, Avropanın, Amerikanın qısqandığı inkişaf planınızı təbliğ edən, təhqir, qarayaxmalar yazan, hədə-qorxu yayan trollarınıza veriləcək pulunuz olmayanda, narahat olmayın. Parlamentdə də kifayət qədər xalqı təhqir edən, aşağılayan təyinatlı trollar var. Ehtiyyat skamyası boş deyil!

Aqil Məhərrəmov

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button