2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Trump deyir ki, Lavrovla görüşü ‘çox yaxşı’ olub

ABŞ prezidenti Donald Trump deyib ki, onun Rusiyanın xarici işlər naziri ilə danışıqları “çox yaxşı olub” və həm Vaşiqnton, həm də Moskva Suriyada 6 ildir davam edən müharibəyə son qoymaq istiqamətində işləyirlər.

Mayın 10-da Trump-ın Sergey Lavrovla Ağ Evdə görüşü onun prezident olandan bəri Rusiya rəsmisi ilə keçirdiyi ilk görüşdür.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosu yazır ki, lakin bir gün əvvəl Trump-ın FTB-nin direktoru James Comey-ni işdən azad etməsi bu danışıqlara kölgə salıb.

Comey Trump-ın yaxın adamlarının Rusiya rəmiləri ilə mümkün əlaqələrinə dair cinayət təhqiqatına rəhbərlik edirdi.

Trump Ağ Evdə Lavrovla görüşündən sonra qısa brifinq verib.

O deyib ki, “biz Suriya məsələsində çox yaxşı işləyəcəyik”.

“İşlər baş verir və onlar həqiqətən, həqiqətən, həqiqətən də çox pozitivdir” – deyib prezident.

Trump bu bəyanatı verərkən veteran diplomat, Richard Nixon-un xarici siyasət müşaviri Henry Kissinger-lə yanaşı dayanmışdı.

Kissinger uzun müddət bir neçə ABŞ administrasiyası ilə Kreml arasında pərdəarxası diplomatik kanal rolunu oynayıb.

Daha sonra Ağ Evdən verilən bəyanatda deyilir ki, Trump Lavrovu Suriya prezidenti Bashar al-Assadın və İranın “ipini yığmağa” çağırıb.

Ağ Evin bəyanatında deyilir ki, tərəflər Ukrayna məsələsini də müzakirə ediblər və Trump “Rusiyanın Minsk razılaşmasının yerinə yetirilməsindəki məsuliyyətini vurğuylayıb”.

Lavrov müxbirlərə deyib ki, Trump Moskva ilə “qarşılıqlı faydalı, biznessayağı, praqmatik” münasibətlər istəyir.

Rusiya naziri bunu da bildirib ki, Rusiyanın üzərinə 2014-cü ildə Krımın ilhaqı ilə bağlı qoyulmuş sanksiyalar məsələsi danışıqlarda qaldırılmayıb.

Lakin Dövlət Departamentinin bildirdiyinə görə, Lavrov-la daha əvvəl keçirdiyi görüşdə dövlət katibi Rex Tillerson “Ukraynaya dair Minsk sazişinin yerinə yetirilməsində tərəqqinin vacib olduğunu” vurğulayıb və bildirib ki, “Rusiya sanksiyalara səbəb olmuş hərəkətlərindən geri dönmədikcə sanksiyalar qüvvədə qalacaq”.

Lavrov deyib ki, Trump və Putin iyul aynda Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammiti zamanı görüşəcəklər.

Danışıqlar zamanı Lavrovun yanında Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak da vardı.

Donald Trump (solda) Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla da görüşüb

Donald Trump (solda) Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla da görüşüb

O Trump-a yaxın adamların Rusiya rəsmiləri ilə əlaqələrinə dair iddialardan qaynaqlanmış qalmaqalın mərkəzində idi.

Trump-ın milli təhlükəsizlik müşaviri Michael Flynn məhz Kislyakla təmasları barədə Ağ Ev rəsmilərinə yanlış məlumat verdiyinə görə vəzifəsindən azad edilib.

Müxbirlərin Comey-nin işdən azad olunmasına münasibət bildirməsi ricasına, Lavrov zarafatla cavab verib: “Bəyəm onu işdən çıxardıblar? Məni dolamısınız?”

Moskvada Vladimir Putin deyib ki, o Comey-nin işdən azad edilməsinin iki ölkə arasındakı münasibətlərə təsir edəcəyini düşünmür.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button