Loading...
Loading...
Dünya

Trump deyir, Rusiyaya yeni sanksiyalar “tezliklə” qoyulacaq

ABŞ prezidenti Donald Trump Rusiyaya qarşı heç kəsin ondan daha sərt davranmadığını bir daha dilə gətirib. O deyib ki, “tezliklə” Moskvaya yeni sanksiyalar tətbiq edəcək, “çünki ona çox layiqdirlər”.

 

Trump bunu aprelin 18-də Yaponiyanın baş naziri Shinzo Abe ilə Floridadakı iqamətgahında birgə mətbuat konfransı zamanı deyib.

“HEÇ KƏS TRUMP-DAN SƏRT OLMAYIB”

Prezident mətbuat konfransını bitirəndən sonra jurnalistlərin sanksiyalarla bağlı qışqırdığı sualları cavablandırmaqdan ötrü yenidən podiuma qayıdıb.

“Onlar buna çox layiq olduqlarından sanksiyalar tezliklə gələcək”, – o deyib.

“Rusiyaya qarşı heç kim Donald Trump-dan daha sərt olmayıb”, – deyən Trump NATO-nun xərcləmələrinin artmasını, Suriyaya ABŞ, BritaniyaFransa qüvvələrinin endiridyi hərbi zərbələri misal çəkib.

Gözdən qaçırmayın:  Zaporojye vilayətində icma başçısı kəndi işğalçılara təhvil verib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button