2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Trump İD-ə dair məxfi informasiyanı Lavrova açmaqda ittiham olunur

Media xəbərlərində deyilir ki, ABŞ prezidenti Donald Trump son dərəcə məxfi informasiyanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bölüşüb. Ötən həftə Ağ Evdə keçirilmiş görüş zamanı açıqlanmış informasiyanın, İslam Dövləti təşkilatına dair bu məlumatı vermiş kəşfiyyat mənbəyinə təhlükə yaratdığı bildirilir.

Ağ Ev mayın 15-də gecə Washington Post, Reuters və başqa mediaların yaydığı bu xəbərləri inkar edib. Lakin Konqresdəki demokratlar və bəzi respublikaçılar iddia olunan informasiyanın açıqlanmasını “narahatedici”, “təhlükəli” və “məsuliyyətsiz” hərəkət adlandırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Media anonim mənbələrə istinadən xəbər verir ki, Trump-ın mayın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrova və Rusiya səfiri Sergey Kislyaka açıqladığı informasiya, çox həssas məlumatmübadiləsi sazişi əsasında ABŞ-ın partnyorlarından biri tərəfindən Vaşinqtona ötürülmüşdü.

Həmin partnyor sözü gedən informasiyanın Moskva ilə paylaşılması üçün Vaşinqtona icazə verməmişdi və beləliklə, Trump-ın bu informasiyanı açması İslam Dövləti adlanan təşkilatın içərisinə girişi olan müttəfiqlə əməkdaşlığı riskə atmış olub.

Xəbər verilir ki, Lavrov və Kislyakla Oval ofisdə keçiridiyi görüş zamanı Trump protokoldan kənara çıxaraq təyyarələrdə noutbuklardan istifadənin yaratdığı İD təhlükəsinin detallarını şərh etməyə başlayıb.

Media xəbərlərində deyilir ki, Rusiya rəsmiləri ilə söhbətində Trump mövcud təhlükələr barədə malik olduğu bilgilərlə lovğalanıb və ona “hər gün böyük kəşfiyyat məlumatları” verildiyini deyib.

Məxfi məsələlərin rəqib tərəflə müzakirəsi adamların əksəriyyəti üçün qanunsuz hərəkət sayılsa da, prezident, hökumət sirlərinin məxfiliyini qaldırmaqda geniş səlahiyyətlərə malikdir. Washington Post yazır ki, məhz bu səbəbdən Trump-ın informasiyanı açması qanunla qeyri-legitim sayılmır.

Trump-ın açıqlaması barədə xəbərlər yayıldıqdan sonra ABŞ dövlət katibi Rex Tillerson və milli təhlükəsizlik müşaviri H.R. McMaster hər hansı qanunsuzluğa yol verilmədiyi barədə bəyanat yayıblar.

McMaster deyib ki, “prezident və xarici işlər naziri terrorçu təşkilatlardan aviasiya da daxil, qaynaqlanan təhlükələri nəzərdən keçiriblər”. Mcmaster həmin görüşdə şəxsən iştirak etdiyini vurğulayıb.

O deyib ki, “görüşün heç bir məqamında ictimaiyyətə artıq bəlli olanların xaricində, hər hansı kəşfiyyat məlumatı mənbələri və ya metodları, habelə hərbi əməliyyatlar açıqlanmayıb”.

Rex Tillerson-un bəyantında isə deyilir ki, görüş zamanı “spesifik təhlükələrin təbiəti müzakirə olunub, lakin mənbələr müzakirə edilməyib”.

Lakin ABŞ Senatının Kəşfiyyat Komitəsindəki ən yüksək vəzifəli demokrat Mark Warner deyib ki, əgər iddialar doğrudursa, bu, ABŞ kəşfiyyat icmasının “üzünə sillə” sayılacaq.

Warner Tvitterdə yazıb ki, “mənbə və metodların, xüsusilə də ruslarla müzakirədə riskə atılması bağışlanmazdır”.

Senatda ikinci səlahiyyətli demokrat Dick Durbin iddia edilən açıqlamaları “qorxulu” və “məsuliyyətsiz” adlandırıb.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Bob Corker deyib ki, bu xəbərlər “narahatedici” və “həyəcan yaradandır”.

Corker müxbirlərə bildirib ki, “Trump-ın Ağ Evi özünü nəzarət və qaydalar altına gətirmək üçün tez bir zamanda nəsə etməlidir”.

O deyib ki, belə bir hadisənin administrasiyada yaxşı milli təhlükəsizlik komandasının olmasına baxmayaraq baş verməsi təəssüf doğurur.

Senator əlavə edib ki, “intizamsızlıqdan doğan xaos…narahatedici ab-hava yaradır”.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button