2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır.

Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə bağlı qoyulmuşdu.

Suriya kürdləri bu ölkədə İslam Dövləti ekstremist təşkilatına qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi sayılırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Trump bildirib ki, sanksiyaların qaldırılmasına səbəb Türkiyənin sözü gedən hücumu dayandırmasıdır.

O əlavə edib ki, gələcəkdə ABŞ-ın siyasi xəttinə uyğun gəlməyən hadisələr baş verərsə, sanksiyalar bərpa olunacaq.

Trump iddia edib ki, Suriyanın şimalında atəşkəsin əldə olunmasında məhz onun dəstəyi əsas rol oynayıb.

CNN xəbər verir ki, bununla yanaşı, ABŞ prezidenti özünün ABŞ qoşunlarının Suriyadan çıxarılmasına dair qərarını bir daha müdafiə edib.

O deyib ki, tez-tez qan tökülən bu ölkədəki vəziyyət üçün məsuliyyəti indi başqa ölkələr öz üzərinə götürə bilər.

Trump oktyabrın 22-də Türkiyə və Rusiya arasında əldə olunmuş razılaşma məsələsinə toxunmayıb.

Bu razılaşmaya əsasən Türkiyə ilə həmsərhəd bölgələrin nəzarəti Türkiyəyə, qalan ərazilərin nəzarəti isə Rusiya və onun müttəfiqi olan Suriya hökumət qoşunlarına verilir.

Bu razılaşmanın çərçivəsində Rusiya hərbi polisi Suriyanın şimalında patrul keşiyinə başlayıb.

Bundan əvvəl xəbər verilirdi ki, Rusiyanın hərbi maşın karvanı Fərat çayını keçərək Suriyanın şimalına yollanıb.

Hər iki partiyadan olan bir sıra ABŞ siyasətçiləri Trump-ın Suriyadan qoşunları çıxarmaq qərarını sərt tənqid edirlər.

Onlar deyirlər ki, o bu qərarı ilə kürdləri Türkiyə ordusu qarşısında müdafiəsiz qoyub və Rusiyanın Suriyada möhkəmlənməsinə şərait yaradıb.

Bir sıra millət vəkilləri isə deyirlər ki, Suriyada İranın mövqeləri də möhkəmlənmiş olub və beləliklə İsrailin təhlükəsizliyinə hədə yaranıb.

Trump oktyabrın 23-də bildirmişdi ki, Amerika hərbçilərinin kiçik bir kontingenti neft mədənlərinin qorunması üçün Suriyanın şimalında saxlanacaq.


Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button