2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

“Türk meymunları” kimi irqçi ifadələr işlətdiyi aşkarlanan Finlandiya baş nazirinin müavini Riikka Purra üzr istəyib.

2023-07-12 09:59:09

O, 2008-ci ildə müxtəlif bloq yazılarında Purranın tənqidlərə səbəb olan irqçi ifadələrindən dəfələrlə istifadə edir. O, məqalələrinin birində qatarda rastlaşdığı bir qrup gənc mühacir haqqında deyir: “Mənə silah versəydilər, qatarda meyitlər olardı, onları görərdiniz”.

Başqa bir yazısında isə “Türk meymunları” ifadəsini işlətməklə, Somalili və türk mühacirləri hədəfə alır. Riikka adı ilə yazdığı başqa bir məqaləsində “Bu gün Helsinkidə dilənçilərə və qaradərili uşaqlara tüpürmək istəyən varmı?” deyə soruşur.

Saytların yığılması Saytlarin yigilmasi

Purra 15 il əvvəl verdiyi açıqlamaları “axmaqlıq” adlandırıb və incitdiyi şəxslərdən üzr istədiyini deyib. Twitter hesabından da açıqlama verən Purra, “Mən mükəmməl insan deyiləm, səhvlər etmişəm” deyib.

Purranın anti-immiqrant və AB-dən uzaqlaşan Finlər Partiyası aprel seçkilərində ikinci olub.

Bu, partiya tarixində ən yaxşı nəticə kimi qeydə alınıb. Bu nəticə ilə o, seçkidə birinci olan Milli Koalisiya Partiyası ilə koalisiyada hökumətə daxil olub.

Partiya lideri Riikka Purra qurulan hökumətdə baş nazirin müavini, eləcə də maliyyə naziri vəzifələrində çalışır.

Finlandiya mediasında irqçi ifadələrin yer aldığı xəbərindən sonra üzrxahlıq edən Riikka Purra koalisiyadakı digər partiya liderləri ilə birlikdə “ayrı-seçkiliyə qarşı olduqlarını və bərabərliyə sadiq olduqlarını” bildirən hökumət bəyanatını da imzalayıblar.

İfrat sağçı siyasətçi xəbər mediada ilk dəfə çıxanda açıqlamaların ona aid olduğunu etiraf edən açıqlama verməyib.

Çərşənbə axşamı ifadələri işlətdiyini etiraf edən Purra, 31 yaşında işlətdiyi irqçi sözlər haqqında dedi: “Mən heç bir zorakılıq, ayrı-seçkilik və irqçiliyi qəbul etmirəm”. müdafiəsini etdi.

46 yaşlı həm də “indiki ağlı ilə” belə şeylər yazmayacağını bildirib.

Riika Purranın irqçi keçmişi Finlandiyanın yeni qurulan hökumətinin gördüyü ilk qalmaqal deyil.

İyun ayında Purranın partiyasından Vilhelm Junnila 2018-ci ildə çıxışında Adolf Hitlerə etdiyi istinadlara görə iqtisadiyyat naziri vəzifəsindən istefa vermək məcburiyyətində qaldı.

Milli Koalisiya Partiyasının baş naziri Petteri Orponun rəhbərliyi altında yaradılan dörd partiyalı koalisiya Finlandiya xalqına ciddi immiqrasiya siyasətinə əməl edəcəklərini vəd etmişdi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button