2023-02-25 08:00:48
class=”medianet-inline-adv”>
NATO-nun baş katibi Yens Stoltenberq zəlzələdən sonra Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla üçtərəfli görüş barədə razılığa gəldiyini bildirib. “Biz danışıqları davam etdirmək və martın ortalarında NATO-nun mənzil-qərargahında Finlandiya, İsveç və Türkiyə arasında mənim himayəmlə keçən iyun ayında imzalanmış sazişin icrası və üzvlük prosesinin necə başa çatdırılması ilə bağlı üçtərəfli görüş keçirmək barədə razılığa gəldik”, – Stoltenberq bildirib.
Tərcümə“24 SAAT”