Loading...
Loading...
Xəbərlər

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri ilk görüşü yanvarın 14-də Moskvada keçirəcəklər

Bakı/07.01.12 TürkiyəAzərbaycanın xüsusi nümayəndələri münasibətlərin normallaşdırılması məqsədilə ilk görüşlərini yanvarın 14-də Moskvada keçirəcəklər, bu barədə çərşənbə günü Türkiyə XİN məlumat yayıb.

Ermənistanın məlumatına görə, aralarında diplomatik münasibətlər olmayan iki qonşu ötən ay rəsmi əlaqələr qurulması və gərgin münasibətlər illərinə son qoyulması yollarını müzakirə edəcək xüsusi nümayəndələr təyin etmək barədə razılığa gəliblər. TürkiyəErmənistan həmçinin İstanbul və Yerevan arasında çarter reysləri bərpa etməyə ümid edirlər.

Bu addım Qavqaz regionunda gərginliyin aradan qaldırılması üzrə səylərin bir hissəsi kimi qiymətləndirilir.

XİN-in bəyanatında Moskvada keçiriləcək görüşün təfərrüatı barədə məlumat verilmir. Türkiyə ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçı, Ermənistan isə parlament spikerinin müavini Ruben Rubinyanı xüsusi nümayəndəsi təyin edib.

Ankara və Yerevan 2009-cu ildə rəsmi münasibətlər qurulması və sərhədin açılması haqqında razılıq əldə ediblər, amma saziş Azərbaycanın etirazı ilə əlaqədar ratifikasiya olunmayıb. Bu dəfə isə barışıq səyləri Azərbaycanın xeyir-duasını alıb və Türkiyə rəsmiləri Ankaranın normallaşma prosesini Azərbaycanla “əlaqələndirdiyini” bildiriblər.

Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə 1993-cü ildə Dağlıq Qarabağla uğrunda Ermənistanla münaqişəyə cəlb olunan Bakı ilə həmrəylik əlaməti olaraq Ermənistanla sərhədini bağlayıb.

2020-ci ildə Türkiyə Azərbaycanın Ermənistanla Dağlıq Qarabağ uğrunda altı həftəlik münaqişəsində onu qətiyyətlə dəstəkləyib, müharibə Rusiyanın vasitəçiliyi ilə bağlanan sülh sazişi ilə başa çatıb, nəticədə Azərbaycan Dağlıq Qarabağın böyük hissəsi üzərində nəzarət əldə edib.

Türkiyə və Ermənistan arasında həmçinin 1915-ci ildə Osmanlı İmperiyasında başlamış kütləvi qətllər, deportasiya və yürüşlər zamanı erməninin həlak olması ilə bağlı yüz ildən çox davam edən düşmənçilik var.

Türkiyə soyqırım ifadəsini qətiyyən qəbul etmir, onların çoxunun həmin dövrdə həlak olduğunu, amma həlak olanların sayının şişirdildiyini və bu ölümlərin vətəndaş iğtişaşlarının nəticəsi olduğunu iddia edir. -0-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button