Loading...
Loading...
Dünya

Türkiyədə “terror” işində saxlanılan hüquq müdafiəçiləri zaminə buraxılıb

Türkiyədə terror ittihamları ilə saxlanılan səkkiz hüquq müdafiəçisi məhkəmə tərəfindən zaminə buraxılıb.

Onların arasında Almaniya və İsveç vətəndaşları və beynəlxalq insan hüquqları təşkilatı Amnesty İnternational-ın rəsmisi də var.

Onlara qarşı terrorçu təşkilata üzv olmaq və dəstək vermək ittihamlarına əsasən hər şübhəlini 15 ilədək həbs cəzası gözləyə bilər. Onlar bu ittihamları təkzib edirlər.

Amnesty International işin ittihamların siyasi motivli olduğunu və tənqidçiləri susdurmaq niyyətini daşıdığını deyir.

Məhkəmənin qərarı ilə Amnesty International-ın Türkiyə şöbəsinin direktoru İdil Eser daxil olmaqla işdə təqsirləndirilən 10 nəfərdən səkkizi zaminə buraxılıb. Digər iki təqsirli bundan əvvəl zaminə buraxılıb.

Onların şərti azadlığı hökm verilənə kimi qüvvədə qalacaq.

Məhkəmənin növbəti iclası 22 noyabrda keçiriləcək.

Başqa bir fəal, iyun ayında İzmir şəhərində həbs edilmiş Amnesty International Türkiyə şöbəsinin sədri Taner Kılıc, fərqli bir məhkəmə işilə yanaşı hələ də saxlanılır. Onun növbəti məhkəməsi cümə axşamı keçiriləcək.

Çərşənbə günü verdiyi bəyanatda, Amnesty International-ın Baş katibi Salil Shetty “qısa bir an sevinmək” üçün vaxt olduğunu bildirib.

“Bu gün, dörd ayda ilk dəfə dostlarımız və həmkarlarımızın yaxınları və sevgililərinə qovuşub öz çarpayılarında yatmalarını nəhayət ki, qeyd edə biləcəyik”, o, deyib.

Bu məhkəmə Türkiyədə ifadə azadlığına dair narahatlıqları bir daha yüksəldib.

Keçən il çevriliş cəhdindən sonra elan edilmiş fövqəladə vəziyyət halı hələ də qüvvədədir.

Bu müddətdə 50 mindən artıq insan həbs edilib və 120 mindən çox adam işindən kənarlaşdırılıb və ya çıxarılıb.

Prezident Recep Tayyip Erdoğan bu addımların sabitliyi qorumaq üçün atıldığını deyir.

O, çevrilişin arxasında ABŞ-da yaşayan din xadimi Fethullah Gülenin olduğunu iddia edir. Fethullah Gülen bu iddiaları rədd edib.

Çərşənbə günü İstanbulda məhkəmə önündə toplaşan onlarla insan “hüquq müdafiəçilərinə azadlıq” yazılmış lövhəni əllərində tutmuşdular.

Təqsirləndirilən 10 fəal iyulun 5-i İstanbula yaxın bir adada rəqəmsal təhlükəsizlik barədə keçirdikləri təlim zamanı polis reydində saxlanılıb.

Təlimi iki xarici vətəndaş keçirirdi – almaniyalı Peter Steudtner və isveçli Ali Gharavi. Onlar da yerli fəallarla birlikdə saxlanılıb.

Onların hamısı “cəmiyyətdə xaos yaratmaq” istəməkdə ittiham edilirlər.

Amnesty International deyir ki, “saxta” ittihamlar “hətta kiçik araşdırma qarşısında da dayanmır”.

“Saxlanmaların əvvəlindən aydındır ki, bu Türkiyədə tənqidi səsləri susdurmaq niyyətini daşıyan siyasi motivli cinayət təqibləridir”, Amnesty International-ın Avropa direktoru John Dalhuisen deyib.

Eyni zamanda təşkilatın Türkiyə üzrə təhqiqatçısı Andrew Gardner deyib ki, ölkədə artıq bir qorxu mühiti yaranıb.

Gözdən qaçırmayın:  Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəisi hesabat verdi

O qeyd edib ki, əgər təqsirləndirilənlər şərti olaraq buraxılmasaydılar insan hüquqları təşkilatlarının Türkiyədə fəaliyyət göstərməsi çox çətinləşəcəkdi.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button