Loading...
Loading...
Cəmiyyət

Türkiyədə torpaq sürüşməsi baş verib, azərbaycanlı sürücü həlak olub

Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.

İHA xəbər verir ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində – Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

CNN Türk xəbər verir ki, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb. 3 yük maşını qayaların altında qalıb.

Torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır. Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.

“Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb”, – o bildirib.

24 saat” “Türkiyədə torpaq sürüşməsi baş verib, azərbaycanlı sürücü həlak olub” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycanın qadın generalları - İki nəfərdən biri tutulub, biri qalıb...

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button