2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Türkiyə-Suriya sərhədindəki İŞİD düşərgələrində azərbaycanlılar var

Türkiyə-Suriya sərhədində terrorçulara aid 14 min 780 nəfərlik 4 düşərgə aşkar edilib.

ANS PRESS-in məlumatına görə, Türkiyə ordusunun aşkar etdiyi düşərgələrdə Azərbaycan vətəndaşlarının da olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Düşərgələrdə azərbaycanlılarla yanaşı Çeçenistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tunis, Əlcəzair, Livan, Misir, Mərakeş vətəndaşları qalıblar. Bu barədə məlumat Türkiyə polisinin İŞİD-lə bağlı hazırladığı hesabatda yer alıb.

Adıçəkilən ölkələrin vətəndaşları əsasən İŞİD, “Əl-Nüsrə Cəbhəsi” və “Ketibet-ül Taliban” kimi terror təşkilatlarının üzvləri olub.

Həmin terrorçular gün ərazində bu düşərgələrdə Türkiyə-Suriya sərhədinə yaxın ərazilərdə təlim keçirlər. Türkiyə sərhədində Atmah, Aeqrobate, Anadan və Harim-Tafar Takharim adlı terrorçulara aid düşərgələr yerləşir. Azərbaycanlılar əsasən Atmah düşərgəsində yerləşdiriliblər. Ən çox terrorçu isə Anadan düşərgəsindədir – 8-10 min nəfər.

Hökumət qüvvələrinin əldə etdiyi məlumatlara görə, “Əl-Qaidə” və digər terror təşkilatları Türkiyədə terror hadisələri törətmək üçün Suriyadan olan qaçqınların evlərində partlayıcı maddələr hazırlayırlar.

İŞİD terror təşkilatı isə Türkiyəni Suriyaya hücum etməsi üçün sərhəddəki düşərgələrdə yeni terror aktları törətməyə hazırlıq keçirlər. Onlar sərhədi suriyalı qaçqınlar kimi rahatlıqla keçərək Türkiyə ərazisində maneəsiz hərəkət edirlər.

İŞİD terror təşkilatı Türkiyə ərazisində çox sayda insan itkisi ilə nəticələnən terror hadisələri törədiblər. Həmçinin təşkilatın silahlıları, demək olar ki, hər gün Türkiyənin sərhəd kəndlərini atəşə tuturlar.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button