2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə və ABŞ Cənubi Qafqazdakı vəziyyəti müzakirə edir

Dövlət katibinin müavini Kurt M. Kempbell və Türkiyənin xarici işlər nazirinin müavini Burak Akkapar Vaşinqtonda ABŞ və Türkiyə arasında regional və qlobal prioritetlər üzrə strateji əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edirlər, bu barədə cümə günü Dövlət Departamenti məlumat yayıb.

“Söhbət Mərkəzi Asiyada iqtisadi əməkdaşlıqdan, Cənubi Qafqazda sülhün bərqərar edilməsindən və Asiyada və onun hüdudlarından kənarda digər birgə iş imkanlarından gedir”, deyə mətbuat katibi Metyu Miller bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Vaşinqton və Ankara arasında hərtərəfli danışıqlar cümə axşamı, NATO üzrə müttəfiqlərin Suriya və Ankaranın Rusiya ilə sıx əlaqələri kimi məsələlərdə dərin fikir ayrılıqlarının çərçivələrini aşa bilib-bilməyəcəklərini müzakirə etmək məqsədilə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Cümə gün bu məsələlər artıq dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidanın görüşündə müzakirə edilib.

Fidan jurnalistlərə bildirib ki, iki ölkənin vəzifəli şəxsləri arasında Suriya, Ukrayna, Qəzzə, müdafiə sənayesində əməkdaşlıq, energetika və terrorçuluğa qarşı mübarizə kimi mövzularla bağlı bir neçə mərhələdə müzakirələr aparılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button