2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Türkiyədə konstitusiya dəyişikləri: Azərbaycan modeli öyrənilir

Türkiyə parlamentinin deputatları yeni konstitusiyanın hazırlanması zamanı prezidentlik hakimiyyəti əsasında idarə edilən bir neçə ölkə ilə yanaşı, Azərbaycanın da konstitusiya və qanunları ilə tanış olublar.

Prezident idarəçiliyinə doğru?

Demək olar ki, hər gün silahlı hücumlara məruz qalan Türkiyə, son günlərdə, yeni konstitusiya ilə bağlı müzakirə prosesini yaşayır.

Hələ 2015-ci ildə Türkiyə Böyük Millət Məclisinin Araşdırma Xidməti prezident idarəçiliyinə sahib ABŞ, Azərbaycan, Argentina, Braziliya və Nigeriyanın siyasi təcrübəsini müqayisəli şəkildə araşdıraraq deputatlara təqdim edib.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə Ali Məhkəməsinin nümayəndəsi Fatih Özkulun Vəkillər Assosasiasiyasının ixtisas jurnalında dərc olunmuş məqaləsində isə Azərbaycan və ABŞ prezidentlik sistemi təhlil olunub.

Düzdür, yeni konstitusiyanın əsas dəstəkçisi olan prezident Recep Tayyip Erdoğan və hakim Ədalət və İnkişaf Partiyasının təmsilçiləri yeni konstitusiya layihəsində nəzərdə tutulan prezidentlik sisteminin “Türkiyəyə xas model” olduğunu bildiriblər.

Amma orası da var ki, yeni konstitusiya layihəsində Azərbaycan prezidentinin sahib olduğu bəzi səlahiyyətlər də öz əksini tapıb.

Bu səlahiyyətlərə indiyə qədər Türkiyə prezidentlərinin heç biri sahib ola bilməmişdi.

Bu sırada prezidentə məhkəmə hakimlərini təyin etmək səlahiyyətinin verilməsi, nazirləri və ölkənin xaricdəki səfirlərinin təyin olunması haqda fərmanların verilməsini qeyd etmək olar.

Yeni konstitusiyaya edilən əsas təkliflərdən biri ölkə prezidentinin, eyni zamanda siyasi partiya sədri vəzifəsini tuta biləcəyidir.

1982-ci ildən qüvvədə olan konstitusiyaya əsasən, ölkə prezidenti “heç bir partiyanı təmsil edə bilməz”.

“Türkiyə Azərbaycana örnək olmalı”

sitat

Tanınmış türk siyasətçisi Namık Kemal Zeybek yeni konstitusiyanın hazırlanması zamanı Azərbaycanın prezidentlik modelinin araşdırılmasına təəccüblənib.

Namık Kemal Zeybek son 30 ildə Türkiyə siyasətinin müxtəlif mövqelərində aktiv olub.

Parlamentin deputatı, ölkənin ilk mədəniyyət naziri, baş nazirin baş müşaviri kimi türk dünyası üzrə koordinator, gömrük məsələləri üzrə dövlət naziri və Demokrat Partiyasının sədri olub.

“Azərbaycan Türkiyədən ən az 50-60 il geridə qalır. Onlar da gələcəkdə gerçək demokratiyaya girəcəklər. Amma indi Azərbaycan idealdırmı ki, ona siyasi model olaraq baxıblar”, cənab Zeybek BBC Azərbaycancaya müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə əsasən, “Heç bir halda Azərbaycan Türkiyəyə örnək ola bilməzdi”.

“Azərbaycan canımız-ciyərimizdir. Amma Türkiyə Azərbaycana örnək olmalı, Azərbaycan Türkiyəyə baxıb daha demokratik olmalı idi”, – Zeybek əlavə edib.

Konstitusiya hüquqçusu, professor İbrahim Özden Kaboğluna görə, Azərbaycan konstitusiyası “Plüralist siyasi rejimlərin təsnifində olduqca problemli yerə sahibdir”.

Həmçinin oxuyun:Erdoğan və Əliyevi nə birləşdirir?

Təhlil: Türkiyə azərbaycanlılar üçün artıq əvvəlki Türkiyə deyil

Hüquqçunun fikrincə, Türkiyə, parlamentar rejimi işlədə bilmiş dövlət kimi, mövcud siyasi rejimi, ən azı siyasi əvəzlənmənin mümkün ola biləcəyi rejimlə əvəz etməliydi”.

“Bu, (yeni konstitusiya layihəsində nəzərdə tutulmuş prezidentlik sistemi) daha çox səlahiyyətləri bir nəfər üçün tanıyan, bir nəfərin əlində birləşdirən dəyişiklik olduğundan, onu Qərb stilində plüralist siyasi rejim kmi dəyərləndirmək asan görünmür”, – professor İbrahim Özden Kaboğlu Türkiyənin yeni konstitusiyaının hazırlanması zamanı Azərbaycan konstitusiyasının öyrənilməsini BBC Azərbaycancaya şərh edərkən deyib.

Konstitusiya dəyişikliyi prezidentə daha çox səlahiyyətin verilməsini nəzərdə tutur.

Dəyişiklik Türkiyə parlamentinin ilkin müzakirələrində təsdiqini tapıb. Bu həftə ikinci səsvermənin olacağı gözlənilir. Təsdiqlənəcəyi halda referendum keçiriləcək.

Dəyişikliklərdə ən azı bir vitse-prezidentin olacağı da nəzərdə tutulub.

62 yaşlı prezident Recep Tayyip Erdoğan 2002-ci ildə hakimiyyətə gəlib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button