2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyədə zəlzələdə 10 azərbaycanlının həlak olduğu açıqlanıb

Yayımlandı: 15 Fevral 2023 12:37

Onların cənazəsi fevralın 16-da Azərbaycana gətiriləcək

Fevralın 6-da Türkiyədəki baş verən zəlzələ nəticəsində 10 nəfər Azərbaycan vətəndaşı həlak olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Məlumatda qeyd edilir ki, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər Azərbaycan vətəndaşından əlavə, 2002 təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.

Nazirlik bildirir ki, həlak olmuş vətəndaşların cənazələri fevralın 16-da Azərbaycana gətiriləcək.

Yuxarıda adları qeyd edilənlər Türkiyənin Malatya şəhərində təhsil alırmış.

Zəlzələ baş verən gündən etibarən 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Foto: Azərbaycan Dövlət Televiziyası

Bu açıqlamanı fevralın 14-də Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat İdarəsi yayıb.

Nazirlik zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Qaziantep, Şanlıurfa, Osmaniyə, Kilis və Diyarbakırda təxliyə prosesinin davam etdiyini vurğulayıb.

Türkiyənin cənub şərqində fevralın 6-da 7,7 bal gücündə zəlzələ baş verib.

Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan zəlzələ baş verdiyi ərazidən başqa Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hataya da təsir edib.

Zəlzələnin əhatə etdiyi 10 bölgədə fövqəladə vəziyyət elan edilib.

Türkiyədə baş verən zəlzələ Suriyanı da vurub.

Son açıqlanan rəqəmə görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 35 min 418-ə çatıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button