2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyənin erməni əsilli vətəndaşları ölkənin digər vətəndaşları ilə bərabər hüquqlara malikdir – Erdoğan

Türkiyə prezidenti Erdoğan Osmanlı İmperiyasında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin Patriarxı Saak Maşalyana məktub göndərib.

“Biz erməni əsilli hər hansı vətəndaşımızın özgələşdirilməsinə, kənarlaşdırılmasına və öz vətənində özünü ikinci sinif hiss etməsinə imkan verməmişik və verməyəcəyik”, deyə məktubda qeyd edilir.

Dövlət başçısı tarixi hadisələrə “radikal ifadələrə yol vermədən, ağlın, vicdanın rəhbərliyində” nəzər salınması zərurətini qeyd edib. Türkiyə lideri Birinci Dünya Müharibəsində ağır şərtlərdə həlak olan Osmanlı İmperiyasının erməni əsilli vətəndaşlarının xatirəsini yad edib və onların övladlarına başsağlığı verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, “Osmanlı torpaqlarında Birinci Dünya müharibəsinin səbəb olduğu dağıntılar yaddaşda dərin izlər qoyub”.

“Bizim Anadolu torpaqlarını öz mədəni və humanitar töhfələri ilə zənginləşdirən erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyi, rifahı və xoşbəxtliyinə bu gün də zəmanət verilir”, deyə o bildirib.

Sonda prezident Erdoğan Türkiyənin erməni icmasının üzvlərinə salamlarını çatdırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button