2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

Türkiyənin qızıl-valyuta ehtiyatları azalır

Türkiyə Mərkəzi Bankının (TCMB) qızıl-valyuta ehtiyatları 10-16 dekabr hesabat həftəsində 614 mln. ABŞ dolları və ya 0,54% azalaraq 111,706 mlrd. dollar təşkil edib.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, hesabata əsasən TCMB-nin dekabrın 10-16-da valyuta ehtiyatları 38 mln. dollar və ya 0,04% azalaraq 97,316 mlrd. dollara geriləyib. TCMB-nin qızıl ehtiyatları isə 576 mln. dollar və ya 3,85% azalaraq 14,39 mlrd. dollara çatıb. Bununla da TCMB-nin qızıl-valyuta ehtiyatları ardıcıl olaraq 4 aydır azalma göstərib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, TCMB-nin qızıl ehtiyatlarındakı azalma əsasən qızılın qiymətinin dünya bazarlarında düşməsi ilə əlaqədar olub. Ümumilikdə isə, TCMB-nin ehtiyatlarında keçən həftə sabitlik müşahidə edilib.

Qeyd edək ki, noyabr ayının əvvəlindən etibarən Türkiyədən kapital axını nəticəsində TCMB-nin qızıl-valyuta ehtiyatları 8,037 mlrd. dollar və ya 6,7% azalıb.

“Report”un analitik qrupu TCMB-nin ehtiyatlarının 2017-ci ilin ilk rübündə azlmağa davam edəcəyini gözləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button