2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkmənistanda MSK seçkinin nəticələrini etibarlı elan etdi

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) yeni birpalatalı qanunverici orqana 26 mart seçkilərini etibarlı elan edib. Avtoritar rejimin hökm sürdüyü ölkədə seçkinin irimiqyaslı pozuntularla keçdiyi xəbər verilir.

1991-ci ildə keçmiş Sovet İttifaqından ayrılandan bəri Türkmənistanda heç bir seçki azad və ədalətli sayılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

MSK sədri Gulmurat Muradov martın 27-də jurnalistlərə deyib ki, 3.5 milyon seçicinin 91.12 faizi səsvermədə iştirak edib.

Yekun nəticələrin yeddi gün ərzində elan olunacağı bildirilir.

Türkmənistan dünyada ən repressiv ölkələrdən hesab olunur. “Sərhədsiz Reportyorlar” təşkilatının hesabatına görə, yalnız İran, Eritreya, Şimali Koreyada mətbuat azadlığının vəziyyəti Türkmənistandan pisdir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 26 mart seçkisini izləməyə kiçik seçkini müşahidə missiyası göndərib. Qurum bildirib ki, “səsvermə, səssayma, seçki günü səslərin hesablanmasının sistematik və hərtərəfli müşahidəsini həyata keçirməyəcək”.

Martın 26-da yerli və vilayət məclislərinə də seçkilər keçirilib. Ölkə boyunca 15 minədək namizəd qeydə alınıb. Milli parlament Məclisdəki 125 yer uğrunda 258 namizəd mübarizə aparıb.

Yeni parlamentdə də öncəki kimi müxalifətdən deputat olmayacaq. Belə ki, üç siyasi partiyanın irəli sürdüyü, yaxud seçkiyə müstəqil qaydada qatılmış namizədlərin hamısı Prezident Sərdar Berdiməhəmmədovu dəstəkləyir.

Səsvermənin gizliliyinin kobud şəkildə pozulması xəbərləri gəlib.

Paytaxt Aşqabadda səs verməyə gedən AzadlıqRadiosunun müxbiri deyir ki, onun dörd ailə üzvünün səs verməsi üçün onlara 12 bülleten verilib.

Seçici fəallığının çox az olduğu məntəqələrdə rəsmən 90 faiz seçicinin səs verdiyi açıqlanıb və sairə.

AzadlıqRadiosunun seçkidən öncə verdiyi məlumatlara görə, hakim orqanlar seçiciləri açıq şəkildə xaricdəki ailə üzvlərinin yerinə də səs verməyə çağırıb.

Yeni parlamentin daha məhdud səlahiyyətli olacağı, “milli lider” Qurbanqulu Berdiməhəmmədov və prezident postunda onu əvəzləmiş oğlu Sərdarın təşəbbüslərini möhürləyəcəyi gözlənir.

İkipalatalı Milli Şura yanvarda yuxarı palatanı Xalq Şurasına çevirməyə səs verib. Ata Berdiməhəmmədov şuranın sədri seçilib.

Bu islahatı ata Berdiməhəmmədov prezidentliyi oğluna verəndən 10 ay sonra irəli sürüb. O, parlamentin yuxarı palatasını təxminən iki il öncə təsis etmişdi.

Xalq Şurası konstitusiyanı dəyişdirmək səlahiyyəti olan “ali hakimiyyətdir”, qanunverici orqandan ayrıdır.

24 saat” “
Türkmənistanda MSK seçkinin nəticələrini etibarlı elan etdi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button