Bizim tərcümə

Twitter ofisində satılan əşyalar: mavi quş heykəli üçün 100 min dollar

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-19 14:44:29

class=”medianet-inline-adv”>

Milyarder iş adamı Elon Mask tərəfindən satın alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmə gələn sosial media platforması Twitter-in San-Fransiskodakı ofisində satışa çıxarılan əşyaların yer aldığı hərrac başa çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onlayn hərracda mavi quş heykəli 100 min dollara alıcı tapdı və ən yüksək təklifi alan məhsul oldu.

Bundan əlavə, “@” simvolu şəklində olan dekorativ gül çəni 15 min dollara satılıb. Təkrar emaldan əldə edilən taxta masa da 10 min 500 dollara onun yeni sahibi olub.

İtaliya istehsalı olan espresso maşını da 13500 dollarlıq yekun təklifi alıb. Dünən başlayan hərracda 631 adda əşya satışa çıxarılıb.

Elon Musk tərəfindən satın alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmdən düşməyən Twitter, keçən dekabr ayında ABŞ-ın San Fransisko şəhərindəki qərargahında bəzi əşyaları hərraca çıxaracağını açıqlamışdı.

class=”medianet-inline-adv”>

Maskın sərt qənaət tədbirləri tətbiq etdiyi bir vaxtda elan edilən qərar böhranla bağlı söz-söhbətləri gücləndirdi. Buna baxmayaraq, satış qərarının şirkətin maliyyə vəziyyəti ilə bağlı olmadığı açıqlanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button