2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Üç məhkəmə hakimi vaxtından əvvəl vəzifədən çıxarılıb

Yayımlandı: 30 İyun 2022 19:18

İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Azərbaycanda üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Prezident İlham Əliyev iyunun 30-da Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında sərəncam imzalayıb.

Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilənlər Füzuli Rayon Məhkəməsinin hakimi və sədri Məhəmməd Bağırov, Bakının Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova və Tovuz Rayon Məhkəməsinin hakimi Nofəl Mustafayevdir.

57 yaşlı Kəmalə Əmirxanova əvvəllər Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert, baş ekspert, daha sonra Baş Prokurorluqda müxtəlif vəzifələrdə işləyib.

O, 2008-ci ildə hakim təyin edilib. 5 il Səbail Rayon Məhkəməsinin, 2013-cü ildən isə Nərimanov Rayon Məhkəməsinin hakimi olub.

61 yaşlı Məhəmməd Bağırov da 2008-ci ildən məhkəmə hakimi olub. O, ilk dəfə Laçın Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.

2011-ci ildə Gəncənin Kəpəz Rayon Məhkəməsinə hakim təyin edilib. İki il burada işləyəndən sonra 2013-cü ildə Füzuli Rayon Məhkəməsinə göndərilib.

2017-ci ilədək bu məhkəmədə hakim olub. 2017-ci ildən isə həm də Füzuli Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

50 yaşlı Nofəl Mustafayev hakimliyə qədər polis orqanlarında müxtəlif vəzifələrdə çalışıb. O, Goranboy Rayon Polis Şöbəsində müstəntiq olub, daha sonra Gəncəyə gəlib, Nizami Rayon Polis Şöbəsində eyni vəzifədə çalışıb.

Ardınca Gəncə Şəhər Baş Polis İdarəsində müxtəlif vəzifələrdə işləyən Nofəl Mustafayev 2010-cu ildən hakim kimi fəaliyyət göstərib.

Elə hakim kimi ilk iş yeri də Tovuz Rayon Məhkəməsi olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button