2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna ABŞ-dan yardım alacağına inanır

Çərşənbə günü Ukraynanın yüksək səviyyəli məmurları bildiriblər ki, Rusiya təcavüzünə qarşı mübarizə üçün ABŞ-ın köməyilə bağlı amerikalı qanunvericilərdən nikbin siqnallar alıblar, Turan-ın Vaşinqton müxbiri biıdirib.

Ədliyyə naziri Denis Malyuska və ədliyyə nazirinin müavini İrina Mudra Vaşinqtonda siyasətçilər və qanunvericilərlə görüşərək Ukraynanın maliyyələşdirilməsinin gecikməsini müzakirə ediblər.Onlar  ABŞ-da Rusiya dövlət aktivlərinin müsadirə edilməsinə dair qanun layihəsini (REPO) də dəstəkləyiblər.

“Biz çox ümid edirik ki, hər iki qanun layihəsi tezliklə qəbul ediləcək”, – Malyuska Ukraynanın Vaşinqtondakı səfirliyində jurnalistlərə deyib. Həm respublikaçılar, həm də demokratlar “hamısı razıdır ki, dəstək verilməlidir”, – o deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Kiyevli məmurlar işarə ediblər ki, Ukraynaya tədarükdən imtina cəbhədə “fəlakətə” səbəb olacaq.

“Biz heç vaxt öz müttəfiqlərimizdən – ABŞ və ya başqalarından öz əsgərlərini savaşa göndərmələrini istəmədik”, – nazir müavini Mudra qeyd edib. “Əgər biz uğursuzluğa düçar  olsaq, müharibə Baltikyanı ölkələrə, Polşaya və digər qonşulara yayılacaq”, – o deyib.

Son hesablamalara görə, Ukrayna infrastrukturuna dəyən ziyan 500 milyard dollar həcmində qiymətləndirilir. Rusiyanın suveren aktivlərinin müsadirə edilməsi bu zərərin əhəmiyyətli hissəsini ödəməyə kömək edəcək və Kiyev ümid edir ki, ABŞ bunu edəcək. “Bu, reparasiya olacaq”, – o deyib.

To view this video please enable JavaScript, and consider upgrading to a
web browser that
supports HTML5 video

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button