2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna hərbi kəşfiyyatının rəhbərinin xanımını zəhərlədilər – TƏFƏRRÜAT – FOTO

[

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” öz mənbələrinə istinadən yazıb. Həmsöhbətlərin sözlərinə görə, Budanovun həyat yoldaşı səhhətinin pisləşməsindən şikayətlənib.

Saytların yığılması Saytlarin yigilmasi

“Budanovun həyat yoldaşı haqqında zəhərlənmə faktı doğrudur. O, özünü pis hiss etməkdən şikayətlənib, ona görə də testlər aparıblar, zəhərlənmə aşkarlanıb”, – mənbə bildirib.

“Mənbə qeyd edib ki, Budanovun həyat yoldaşı “çox güman ki, yeməkdən zəhərlənib”. “O, artıq yaxşıdır. Marianna müalicənin birinci mərhələsini başa vurub”.

“Budanovun xanımı balaca və çəkisi yüngül olduğundan, bu, onda özünü daha tez büruzə verdi. Zəhərlənmə daha bir neçə işçidə də təsdiqləndi: onlar bir az iridirlər, özlərində heç nə hiss etməyiblər, indi də müalicə olunurlar. ”, – deyə mənbələr bildiriblər.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna zəhərlənib.

Gununsesi.info

Gununsesi.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button