Son dövrdə Rusiya ilə Ukrayna arasında gedən müharibədə qaynar hadisələr yaşanmaqda davam edir. Ukrayna prezidenti Vladimir Zelenski isə gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətində yeni hücumlardan müdafiə olunmağa hazırlaşdıqlarını qeyd edib.
Zelenski Rusiyaya qarşı davam edən müharibədə daha çox dəstək almaq üçün bəzi ölkələrin liderləri ilə telefonla danışdığını da bildirib. Zelenski qeyd edib ki, gün ərzində Kanadanın baş naziri Castin Trüdo, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Hollandiyanın baş naziri Mark Rutte və Norveçin baş naziri Jonas Qahr Store ilə ayrıca telefon danışığı olub.
Rusiyanın Ukraynaya qarşı yeni səfərbərlik hazırladığını iddia edən Zelenski, “Bu, tərəfdaşlarımızla birlikdə müdafiəmizi gücləndirməli olduğumuz andır” dedi. ifadəsini işlətdi.
Rusiyanın ölkəsinə qarşı yeni mümkün hücumlara hazırlaşdığını bildirən Zelenski belə davam edib:
“Biz bu Rusiya ssenarisini pozmalıyıq. Biz buna hazırlaşırıq. Terrorçular uduzmalıdırlar. Onların yeni hücumuna hər hansı cəhd uğursuzluqla nəticələnməlidir”.
Rusiya ordusunu Ukraynada mülki infrastruktura hücumda ittiham edən Zelenski, Donetsk vilayətinin Drujkovka şəhərindəki “Altaire” buz arenasının dünən gecə Rusiyanın raket hücumu nəticəsində dağıdıldığını bildirib. (AA)
Tərcümə“24 SAAT”