Loading...
Loading...
SEÇMƏ

Ukrayna ordusunun “Xerson əməliyyatı”na başladığı bildirilir

Yayımlandı: 29 Avqust 2022 17:33

HIMARS vasitəsilə bütün böyük körpülərin dağıdıldığı deyilir

Ukrayna hərbi mənbələri Xerson şəhəri uğrunda əəməliyyata başlandığını bildirirlər.

“Kaxovka” əməliyyat qrupunun yaydığı məlumata görə, Xerson vilayətində 109-cu “DXR” alayına dəstək verən rus desantları döyüş meydanından qaçıblar.

Eyni zamanda, Xerson bölgəsində HIMARS vasitəsilə bütün böyük körpülərin dağıdıldığı, yalnız piyada keçidlərinin qaldığı deyilir:

“Rus ordusunun Krım ərazisindən silah və şəxsi heyətin tədarükü kəsilib. Ukrayna üçün bu, öz ərazilərini qaytarmaq üçün parlaq şansdır”.

Ukrayna mediası isə yazır ki, Ukrayna ordusu Xerson vilayətində hərəkət yollarını, həmçinin rus işğalçılarının və onların texnikasının toplandığı yerləri atəşə tutub.

Xerson şəhəri martın 2-də işğal olunub.

Martın 6-da Ukrayna Prezidenti Volodımır Zelenski Xersonu “şücaət, kütləvi qəhrəmanlıq və vətəndaşların dözümlülüyü”nə görə “Ukraynanın Qəhrəman Şəhəri” adı ilə təltif edib.

Mayın 1-də Rusiyanın işğalı altında olan Xerson hərbi-mülki administrasiyası “rubl zonasına” keçmək niyyətini açıqlamışdı.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Volski dedi ki, çamadanınızı yığın, Stepanakerti tərk edin” – Xankəndi sakini 34 illik sirləri açdı 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button