Bizim tərcümə

Ukrayna Qərbdən əsas döyüş tanklarını gözləyir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-14 08:00:07

class=”medianet-inline-adv”>

Maraqlıdır ki, Ukraynada qarşıdurmaların getdikcə şiddətləndiyi və Rusiyanın şiddətli hücumu gözlənildiyi üçün Qərb müharibənin əvvəlində “tabu” kimi görünən bəzi elementləri bu ölkəyə göndərmək üçün addımlarını sürətləndirib. Ukraynanın təkid etdiyi əsas döyüş tankları məsələsində hərəkət var.

Saytların yığılması Saytlarin yigilmasi

Zirehli Piyada Maşınları

Ötən həftələrdə Fransa AMX-10 RC, ABŞ və Almaniya isə Bradley və Marder tipli yüngül zirehli döyüş maşınları göndərəcəyini açıqladı. Ukraynanın əsas gözləntisi olan əsas döyüş tankları ilə bağlı ilk hərəkət bu həftə Böyük Britaniyadan gəldi. Britaniya inventarında olan 277 “Challenger” tankının bir hissəsini Ukraynaya göndərməyi planlaşdırdığını açıqlayıb. Tanklar üçün əsas ölkə Almaniyadır.

class=”medianet-inline-adv”>

BERLİN QƏRAR VERMƏDİ

Ukraynaya tank göndərməkdə təkbaşına hərəkət etmək istəməyən və ilk addımın başqa ölkələrdən gəlməsini gözləyən Almaniya hələ də Leopard 2 tankları ilə bağlı qərar verməyib. Leopard 2 tankları Almaniyadan başqa Türkiyə də daxil olmaqla 12 Avropa ölkəsində istifadə olunur. Berlindən icazə alınarsa, sayı iki minə çatan bu tankların bir qismini Ukraynaya göndərmək mümkündür. Polşa və Finlandiya bu mövzuda ilk addım atan ölkələr sırasındadır. Yanvarın 20-də Almaniyanın Ramstein bazasında keçiriləcək toplantıda Leopard 2 mövzusunun gündəmə gəlməsi gözlənilir. Almaniyaya təzyiqləri artıran Amerika rəhbərliyi bu mərhələdə M1 Abrams tanklarını göndərəcəyinə dair siqnal vermir. Ukrayna hakimiyyəti bildirir ki, əsas döyüş tanklarına ehtiyac 300-ə yaxın, yüngül zirehli döyüş maşınlarına isə 600-ə yaxındır.

SAMP-T GÜNDƏMDƏDİR

Ukraynanın Rusiya hücumlarına qarşı müdafiəsinin əsas elementlərindən biri olan hava hücumundan müdafiə sistemlərində də mühüm inkişaflar gözlənilir. Amerika Patriot raket sistemlərinin ardınca Fransa-İtaliya istehsalı olan SAMP-T hava hücumundan müdafiə sistemlərinin də Ukraynaya göndərilməsi gündəmdədir. Fransa bu məsələyə yaşıl işıq yandırsa da, İtaliyanın icazə verməsi və gecikmə olmaması halında bu sistemlərin yaya qədər Ukraynaya yerləşdirilməsi mümkün olacaq. Sistemdə istifadə edilən və kifayət qədər bahalı olan “Aster 30” raketlərinin neçəsinin Ukraynaya çatdırıla biləcəyi də dəyərləndirilir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button