Loading...
Loading...
Xəbərlər

Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

Bakı/28.02.22 UkraynaRusiya arasında danışıqların birinci raundu başa çatıb – tərəflər paytaxtlarına qayıdırlar, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak belə deyib

“Bu gün UkraynaRusiya nümayəndə heyətləri danışıqların birinci raundunu keçirib.

Onların məqsədi Ukrayna ərazisində atəşkəs və hərbi əməliyyatların dayandırılması olub.

Tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər ki, onlar üzrə müəyyən həll yolları mümkün görünüb”, – Podolyak bildirib

O əlavə edib ki, indi tərəflər məsləhətləşmələr üçün paytaxtlarına qayıdırlar.

Podolyaka həmçinin əlavə edib ki, tərəflər yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsi imkanlarını müzakirə ediblər.

 

Eyni məlumatı Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski də səsləndirib.

“Təxminən 5 saat davam edən danışıqlar başa çatdı. Bu müddət ərzində biz gündəlikdəki bütün bəndləri ətraflı nəzərdən keçirdik, ümumi mövqeləri proqnozlaşdıra biləcəyimiz bəzi məqamlar tapdıq. Ən əsası, danışıqlar prosesini davam etdirməyə razılaşdıq»,  – Medinski deyib.

 Onun sözlərinə görə, növbəti görüş yaxın günlərdə Polşa-Belarus sərhədində baş tutacaq.

Həmin vaxta qədər nümayəndə heyətləri ölkə rəhbərliyi ilə bütün danışıqlar mövqeləri üzrə məsləhətləşməlidir. -06B-

 

24 saat” “Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button